Бакинский Олимпийский стадион, фото из архива - Sputnik Azərbaycan
İDMAN
Ölkənin və dünyanın idman həyatına dair məlumatlar

Nurməhəmmədova təklif gəldi - 2 milyon dollar nağd pul

© REUTERS / Noah K. Murray-USA TODAY SportsHəbib Nurməhəmmədov
Həbib Nurməhəmmədov - Sputnik Azərbaycan
Abunə olmaq
“Əgər o mənim üçün Bellator-da döyüşsə mən bu gün nağd iki milyon dollar verməyə hazıram”

BAKI, 13 oktyabr — Sputnik. Mütləq Döyüş üzrə Çempionatın (UFC) çempionu, qarışıq döyüş üzrə rusiyalı döyüşçü Həbib Nurməhəmmədov "50 sent" ləqəbli reper Kertis Cerksondan təklif alıb. Sputnik Azərbaycan Rusiya mətbuatına istinadla xəbər verir ki, bu barədə reper öz Tvitter səhifəsində yazıb. O, qeyd edib ki, Nurməhəmmədova iki milyon nağd pul verəcək.

"Mən düşünürəm ki, UFC düzgün addım atmır. Onlar Konor Makqreqoru cəzalandırmadılar, amma Həbibi cəzalandırırlar. Əgər o mənim üçün Bellator-da (daha bir döyüş çempionatı – red.) döyüşsə, mən günü bu gün ona nağd iki milyon dollar verməyə hazıram" deyə reper qeyd edib.

Oktyabrın 12-də Nurməhəmmədov qeyd etmişdi ki, ona professional restlinqdə (səhnələşdirilmiş döyüş) çıxış etmək təklif edilib. Bir gün əvvəl isə idmançı UFC-yə ultimatum verib. Səbəb isə onun dostu Zübeyr Tuhuqovun döyüşünün ləğv edilməsi olub. Tuhuqovla olan müqavilə pozularsa, Nurməhəmmədov da UFC-dən gedəcəyini deyir.

Nurməhəmmədov bu təklifə müsbət yanaşıb. O, Instagram səhifəsində reperə cavab yazıb: "Sadəcə mənə görüş yerini göstər. Əgər əsl kişilərin doğulduğu yeri görmək istəyirsənsə, səni Dağıstana dəvət edirəm. ABŞ-a gələndə sənə xəbər edəcəm. Dəstəyə görə çox sağ ol, sən əsl kişisən".

Xəbər lenti
0