Бой Хабиба Нурмагомедова против Конора Макгрегора за титул чемпиона UFC в легком весе

Nurməhəmmədov Makqreqoru bağışladığını dedi

269
(Yenilənib 18:46 09.10.2018)
UFC-nin rəhbəri Dayn Uayt qeyd edib ki, baş verənlərdən güclü şəkildə sarsılıb

BAKI, 9 oktyabr — Sputnik. UFC çempionu Həbib Nurməhəmmədovun atası Abdulmanap Nurməhəmmədov qarışıq döyüş üzrə idmançı (MMA) Konor Makqreqoqrun görüş ərəfəsində onun haqqında dediklərini şərh edib. Bu barədə Sputnik Azərbaycan Rusiya KİV-nə istinadən xəbər verir.

"Mən Konor Makqreqorı bağışladım, hər şey keçmişdə qaldı. Hər şeyi analiz edib və nəticələr çıxarmaq lazımdır. Ağsaqqallar və müdrik həmyerlilərimlə danışdıqdan sonra digər yüksəkliklərə getmək barədə qərar verdim. Ümid edirəm ki, burda bir xeyr var", — deyə ata Nurməhəmmədov öz instagram səhifəsində bildirib.

Xatırladaq ki, şənbə günü — oktyabrın 6-da Las-Veqas şəhərində irland boksçu Konor Makqreqorla dağıstanlı samboçu Həbib Nurməhəmmədov arasında qaydasız döyüş olub. Rusiyalı döyüşçü qarışıq döyüş növündə qələbə qazanıb və yüngül çəkidə "Ultimate Fighting Championship — UFC" (Mütləq Döyüş Çempionatı) titulunu qoruyub.

Qarşılaşma təkcə rinqlə məhdudlaşmayıb. Bütün raundlarda mütləq qələbə qazanan Nurməhəmmədov döyüşdən dərhal sonra rinqin divarlarını aşaraq zalda ona söyüş söyən Makqreqor komandasının üstünə şığıyıb və onlarla dalaşmağa başlayıb. Sonra o, rinqə qayıtsa da, bu dəfə də onun komandasının üzvləri Makqreqor və komandasının üzvlərinin üzərinə atılıb.

Məsələyə polis qarışmalı olub. Nurməhəmmədovun komandasındakı 3 nəfər saxlanılıb, sonra isə buraxılıblar.

UFC-nin rəhbəri Dayn Uayt qeyd edib ki, baş verənlərdən güclü şəkildə sarsılıb. Hərəkətinə görə, hətta rusiyalı döyüşçünün titulunun əlindən alınacağı da istisna deyil. UFC, eyni zamanda Nurməhəmmədovun qonorarının ödənilməsini dondurmaq qərarına gəlib. Ona çempionluq kəməri bir neçə saat sonra verilib.

Həbib Nurməhəmmədovun sözlərinə görə isə onu dalaşmağa vadar edən Makqreqorun onun dinini, ölkəsini və ailəsini təhqir etməsi olub. Daha sonra çempion Nevada ştatının Atletika Komissiyasından davaya görə üzr istəyib.

269
 Azərbaycan hərbçiləri, arxiv şəkli

Yelena Parxomenko: Özümü azərbaycanlı hesab edir Qarabağda qələbə gözləyirəm

31
(Yenilənib 01:45 28.10.2020)
Voleybol üzrə Azərbaycan millisinin sabiq üzvü Yelena Parxomenko azərbaycanlı əsgərlərə dəstəyini bildirib

BAKI, 28 oktyabr – Sputnik, Teymur Tuşiyev. Azərbaycanın qadınlardan ibarət voleybol millisinin sabiq üzvü Yelena Parxomenko Qarabağda əks-hücum əməliyyatları yerinə yetirən Silahlı Qüvvələrimizdən böyük uğurlar gözləyir. Bu barədə o, bacısı Oksana Kurt-Parxomenkonun Facebook sosial şəbəkəsində yerləşdirdiyi müraciətində deyib.

Yelena Parxomenko Bakıda doğulub. Atası ukraynalı, anası rusdur. Buna rəğmən, millimizin sabiq üzvü özünü azərbaycanlı hesab edir.

“Azərbaycan – mənim Vətənimdir. Valideynlərim, bacım, mən – burada doğulmuşuq. Bütün qəlbimlə Azərbaycanın yanındayam. Bəziləri deyə bilərlər ki, mən ukraynalıyam, amma yox, Mən Azərbaycanda doğulmuşam, bura mənim ölkəmdir və özümü azərbaycanlı sayıram”, - Parxomenko deyib.

Azərbaycan millisinin heyətində beynəlxalq yarışlara Parxomenko 1996-cı ildən çıxmağa başlayıb. O, həmçinin Azərbaycanın “Azərreyl”, “Lokomotiv” və “Azəryol” komandalarında da forma geyinib.

Keçmiş voleybolçu vurğulayıb ki, bəzi başqa dövlətlərdən fərqli olaraq, Azərbaycanda heç vaxt dini problem olmayıb.

“Bir xristian kimi deyə bilərəm ki, bu gün Azərbaycanda siz məscidə də, kilsəyə də, sinaqoqa da gedə bilərsiniz. Bizdə katolik və pravoslav kilsələri var. Hətta Salyan kazarmasının yanındakı kilsəmizin mesenatının da azərbaycanlı olduğunu bilirəm. Bizim ölkəmiz tamamilə tolerant və dünyəvidir”, - Parxomeko qeyd edib.  

Azərbaycan millisinin sabiq üzvü bütün ön cəbhə boyu əks-hücum əməliyyatı aparan əsgərlərimizə dəstəyini bildirib.

“İstəyirəm ki, dövlətimizi qoruyan əsgərlərimiz bilsinlər ki, burada, Bakıda, hər bir evdə onlara inanır, onlardan qələbə gözləyirlər. Biz həmişə onlarlayıq. Qarabağ Azərbaycandır!” – deyə Parxomenko əlavə edib.  

31
Teqlər:
Karabakh is Azerbaijan, Qarabağ, Yelena Parxomenko, milli yığma, voleybol, azərbaycanlı, dəstək, Azərbaycan Ordusu
Mövzu:
Azərbaycan və Ermənistan arasında müharibə
Əlaqədar
Məşhur futbolçudan Azərbaycan xalqına dəstək - "Erməni, təxribatını dayandır"
Alpinistlər hərbçilərimizə dəstək məqsədilə Azərbaycanın ən yüksək zirvəsinə qalxıblar
Bir ailədən üç əsgər ön cəbhədə: Tat icması qələbə xəbərini dörd gözlə gözləyir – video
Rusiyalı stilistdən Azərbaycana dəstək
İsraildən Azərbaycana qardaş yardımı
Elmar Babanlı, Azərbaycan Cüdo Federasiyasının baş katibi

Baş katib cüdoçularımızın ““Böyük dəbilqə”dəki çıxışından danışır

15
(Yenilənib 08:33 27.10.2020)
Azərbaycan Cüdo Federasiyasının baş katibi Elmar Babanlı deyir ki, Tokio Olimpiadasına vacib reytinq xalları qazandırması turnirin əhəmiyyətliliyini daha da artırır
Elmar Babanlı: “Medal gözlədiyimiz idmançımız ümidləri doğrultmadı”

““Böyük dəbilqə” turniri 7 aylıq fasilədən sonra keçirilən ilk böyük turnir idi” . Sputnik Azərbaycan xəbər verir ki, bunu Azərbaycan Cüdo Federasiyasının baş katibi Elmar Babanlı bildirib.

O bildirib ki, yarışın Tokio Olimpiadasına vacib reytinq xalları qazandırması onun əhəmiyyətliliyini daha da artırır:

“Cüdoçumuz Nicat Şıxəlizadə (66 kiloqram) medal qazana bilərdi. Gültac Məmmədəliyeva (52 kiloqram) yaxşı güləş göstərib güclü rəqiblərinə qalib gəlsə də, medal qazana bilmədi. Amma onun üçün reytinqli idmançılar arasında “Böyük dəbilqə” kimi nüfuzlu turnirdə 7-ci yeri tutmaq yaxşı nəticə sayılır. Digər cüdoçumuz, 81 kiloqram çəkidə mübarizə aparan Hidayət Heydərov o qədər də güclü olmayan bolqarıstanlı rəqibinə məğlub oldu. Rəqib görüşün əvvəlində vazari xalı ilə üstünlüyə malik idi və sonadək mövqeyini qorudu. Bu çəkidə Murad Fətiyev kifayət qədər perspektivli idmançıdır. Bir görüşdə qalib gəlməyi onun potensialının göstəricisidir. Daha bir perspektivli cüdoçumuz Telman Vəliyev (73 kiloqram) ötən Qran-Pri yarışlarında mükafatçı olub və bu turnirdə də ondan medal gözləyirdik. Amma ümidləri doğrultmadı”.

Elmar Babanlının fikirlərinə audiofaylda qulaq asa bilərsiniz

15

Türkiyə Azərbaycan münaqişə ilə bağlı son prosesləri müzakirə etdilər

0
(Yenilənib 10:24 28.10.2020)
Türkiyə Xarici İşlər Naziri Mövlud Çavuşoğlu Azərbaycan Xarici İşlər Naziri Ceyhun Bayramovla Dağlıq Qarabağ münaqişəsini və son prosesləri müzakirə ediblər.

BAKI, 28 oktyabr — Sputnik. Türkiyə Xarici İşlər Naziri Mövlud Çavuşoğlu Azərbaycan Xarici İşlər Naziri Ceyhun Bayramovla telefonla danışıb.

Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Türkiyə XİN məlumat yayıb.

Məlumatda bildirilir ki, nazirlər telefon danışığında Dağlıq Qarabağ münaqişəsini və son prosesləri müzakirə ediblər.

0