Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

"İlin döyüşü" Nurməhəmmədovun qələbəsi ilə başa çatdı, lakin kəmər verilmədi - QALMAQAL

© AP Photo / John Locher / Mediabanka keçidHəbib Nurmaqomedov
Həbib Nurmaqomedov - Sputnik Azərbaycan
Abunə olmaq
Nurməhəmmədovun tərəfdarları Makqreqora hücum edərək onu döyüblər

BAKI, 7 oktyabr — Sputnik. Amerika Birləşmiş Ştatlarının Las-Veqas şəhərində UFC çempionları irlandiyalı boksçu Konor Makqreqor və dağıstanlı samboçu Həbib Nurməhəmmədov arasında qaydasız döyüş başlayıb.

Sputnik Azərbaycan-ın məlumatına görə, Konor Makqreqor karyerası boyu 21 döyüş keçirib, üçündə məğlub olub.

Həbib Nurməhəmmədov isə karyerası boyu 26 peşəkar döyüş keçirib və heç birində məğlub olmayıb. Rusiyalı döyüşçü yüngül çəkidə çempion titulunu qorumaq uğrunda döyüşür.

Döyüş UFC 229 turniri çərçivəsində keçirilir.

Döyüş Həbib Nurməhəmmədovun üstünlüyü ilə başlayıb və 4-cü raundda onun qələbəsi ilə başa çatıb. O Makqreoru boğub və sonuncu təslim olub.

Bundan sonra isə Nurməhəmmədovun tərəfdarları Makqreqora hücum edərək onu döyüblər. Onları hakimlər sakitləşdirib. Məhz belə qalmaqallı sonluğa görə qalib kəməri Həbibə verilməyib.

Xəbər lenti
0