Məsut Özil

Ulduz futbolçudan azərbaycanlı azarkeşlərə maraqlı jest

336
(Yenilənib 15:59 04.10.2018)
O, Bakı Olimpiya Stadionunda dünən keçirdikləri məşqdən sonra sosial şəbəkədə şəklini paylaşıb

BAKI, 4 oktyabr — Sputnik. İngiltərənin "Arsenal" klubunun futbolçusu Məsut Özil azərbaycanlı azarkeşlərlə şəkil çəkdirməkdə maraqlı olmasa da, "Instagram" profilində maraqlı paylaşım edib. Sputnik Azərbaycan xəbər verir ki, türk futbolçu Bakı Olimpiya Stadionunda dünən keçirdikləri məşqdən sonra sosial şəbəkədə şəklini paylaşıb.

Onun bu paylaşımı azarkeşlərin marağına səbəb olub. Belə ki, futbolçu şəklin şərh bölümündə Azərbaycan dilində "Axşamınız xeyir, Bakı, Azərbaycan" yazıb. Daha sonra ingilis dilində "Bakıdan salamlar. Bizim Avropa macəramız davam edir. Sabah "Qarabağ"la burada oynayacağıq" — deyə əlavə edib.

Qeyd edək ki, bu gün Bakı Olimpiya Stadionunda 20:55-də "Qarabağ" – "Arsenal" oyunu baş tutacaq.

336
Teqlər:
"Arsenal" klubu, Məsut Özil, futbolçu, İngiltərə, azarkeş
Əlaqədar
Azərbaycan futbolunun ağrılı problemi: Biz niyə qabağa gedə bilmirik?
Ronaldinyo ulduz futbolçu ilə elə zarafat etdi ki...
Azərbaycanlı futbolçu: "Hələ görək, bizə qız verəcəklər?"
Dünya futbolunun ulduzu həbs edildi
Kamran Ağayev: "Futbol potensialımız böyük komandalarla oynamaq üçün deyil"