Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Vladimir Putin Bakıda dünya çempionatını izləyəcək

Abunə olmaq
Rusiya prezidenti Milli Gimnastika Arenasına keçiriləcək cüdo yarışını izləyəcək

BAKI, 22 sentyabr — Sputnik. Rusiya prezidenti Vladimir Putin Azərbaycana səfəri zamanı cüdo üzrə dünya çempionatını da izləyəcək.

Sputnik Azərbaycan "Inside the Games"-ə istinadən xəbər verir ki, sentyabrın 25-də Bakıda səfər edəcək Rusiya prezidenti Milli Gimnastika Arenasına keçiriləcək cüdo yarışını izləyəcək.

Vladimir Putin dünya çempionatının altıncı yarış gününün qarşılaşmalarını izləyəcək.

Qeyd edək ki, yarışın altıncı günü tatami üzərinə Rusiya təmsilçiləri də çıxacaq. Bunlar Kirill Denisovla, Niyaz İlyasov (hər ikisi 100 kq), həmçinin qadın cüdoçu Aleksandra Babintseva (78 kq) olacaq.

Xatırladaq ki, Rusiya prezidenti Vladimir Putin cüdo üzrə 8-ci dan qara kəmər sahibi və Beynəlxalq Cüdo Federasiyasının (IJF) fəxri prezidentidir. O, IJF prezidenti Marius Vizerin yaxın dostu sayılır.

Xəbər lenti
0