Бакинский Олимпийский стадион, фото из архива - Sputnik Azərbaycan
İDMAN
Ölkənin və dünyanın idman həyatına dair məlumatlar

Avropa Liqası: İlk oyunların nəticələri

© FlickrЛига Европы
Лига Европы - Sputnik Azərbaycan
Abunə olmaq
"Beşiktaş" qalib gəlib, "Fənərbağça" və "Akhisarspor" məğlub olublar

BAKI, 21 sentyabr — Sputnik. Futbol üzrə Avropa Liqasında qrup mərhələsinin oyunları baş tutub.

Sputnik Azərbaycan xəbər verir ki, Azərbaycanı bu turnirdə təmsil edən "Qarabağ" səfərdə Portuqaliya "Sportinq"i ilə qarşılaşıb və 2 cavabsız qolla uduzub. Komandamızın çıxış etdiyi E qrupunun digər oyununda "Arsenal" "Vorskla" ilə üz-üzə gəlib. Londonlular Ukrayna təmsilçisinin qapısından 4 qol keçirərək qalib gəlib. 

Azərbaycan milli komandasının qapıçısı Kamran Ağayev - Sputnik Azərbaycan
İDMAN
Kamran Ağayev: "Futbol potensialımız böyük komandalarla oynamaq üçün deyil"

Qardaş Türkiyənin Avropa Liqasındakı təmsilçilərindən "Beşiktaş" evdə Norveç "Sarpsporq"u ilə qarşılaşıb və qələbə qazanıb. "Fənərbağça" səfərdə Zaqreb "Dinamo"suna böyük hesabla uduzub. Türkiyənin daha bir təmsilçisi — "Akhisarspor" da "Krasnodar"la ev oyununda minimal hesabla uduzub.

Avropa Liqası

20 sentyabr

A qrupu

AEK (Larnaka, Kipr) — Sürix (İsveçrə) 0:1

Ludoqorets (Bolqarıstan) — Bayer (Almaniya) 2:3

 

B qrupu

Seltik (Şotlandiya) — Rusenborq (Norveç) 1:0

Leyptsiq (Almaniya) — Zalsburq (Avstriya) 2:3

 

C qrupu

Kopenhagen (Danimarka) — Zenit (Rusiya) 1:1

Slaviya (Praqa, Çexiya) — Bordo (Fransa) 1:0

 

D qrupu

Dinamo (Zaqreb, Xorvatiya) — Fənərbağça (Türkiyə) 4:1

Spartak (Trnava, Slovakiya) — Anderlext (Belçika) 1:0

 

E qrupu

Arsenal (İngiltərə) — Vorskla (Poltava, Ukrayna) 4:2

Sportinq (Lissabon, Portuqaliya) — Qarabağ (Azərbaycan) 2:0

 

F qrupu

Düdelanj (Lüksemburq) — Milan (İtaliya) 0:1

Olimpiakos (Yunanıstan) — Betis (İspaniya) 0:0

 

G qrupu

Rapid (Vyana, Avstriya) — Spartak (Moskva, Rusiya) 2:0

Vilyarreal (İspaniya) — Reyncers (Şotlandiya) 2:2

 

H qrupu

Latsio (İtaliya) — Apollon (Kipr) 2:1

Olimpik (Marsel, Fransa) — Ayntraxt (Frankfurt, Almaniya) 1:2

 

I qrupu

Beşiktaş (Türkiyə) — Sarpsporq (Norveç) 3:1

Genk (Belçika) — Malmö (İsveç) 2:0

 

J qrupu

Akhisarspor (Türkiyə) — Krasnodar (Rusiya) 0:1

Sevilya (İspaniya) — Standard (Lyej, Belçika) 5:1

 

K qrupu

Dinamo (Kiyev, Ukrayna) — Astana (Qazaxıstan) 2:2

Renn (Fransa) — Yablonets (Çexiya) 2:1

 

L qrupu

PAOK (Yunanıstan) — Çelsi (İngiltərə) 0:1

Videoton (Macarıstan) — BATE (Belarus) 0:2

Xəbər lenti
0