Qarabağ futbol klubunun oyunçuları, arxiv şəkli

"Qarabağ" ilk oyununu uduzdu

60
(Yenilənib 00:55 21.09.2018)
"Qarabağ" növbəti oyunu oktyabrın 4-də Bakıda keçirəcək. Komandamız İngiltərənin "Arsenal" klubunu qəbul edəcək.

BAKI, 21 sentyabr — Sputnik. Ağdamın "Qarabağ" komandası futbol üzrə UEFA Avropa Liqasının qrup mərhələsi çərçivəsində ilk oyununa çıxıb. Sputnik Azərbaycan xəbər verir ki, komandamız səfərdə Portuqaliyanın "Sportinq" klubu ilə qarşılaşıb.

İlk oyun "Qarabağ" üçün uğursuz olub. Ağdam təmsilçisi 2:0 hesabı ilə mğlub olub. "Sportinq"in qolları 54-cü dəqiqədə Rafinya, 88-ci dəqiqədə Covani Kabral vurublar.

Qeyd edək ki, "Qarabağ" növbəti oyunu oktyabrın 4-də Bakıda keçirəcək. Komandamız İngiltərənin "Arsenal" klubunu qəbul edəcək.

60
Teqlər:
"Sportinq", məğlubiyyət, Avropa Liqası, UEFA, "Qarabağ" FK