Cüdo üzrə dünya çempionatının birinci günü. Bakı, Milli Gimnastika Arenası, 20 sentyabr 2018-ci il

İdmançılarımız dünya çempionatına uğursuz başladılar

35
(Yenilənib 17:21 20.09.2018)
Kəramət Hüseynov bürünc medal uğrunda yarışacaq

BAKI, 20 sentyabr — Sputnik. Bu gün paytaxt Bakıda cüdo üzrə dünya çempionatına start verilib.

Sputnik Azərbaycan xəbər verir ki, 48 kq çəki dərəcəsində mübarizə aparan Aişə Qurbanlı 1/32 finalda hollandiyalı Amber Gersyeslə üz-üzə gəlib. Görüş Aişə Qurbanlının qələbəsi ilə başa çatıb. O, rəqibini raundun bitməsinə bir saniyə qalmış cərimə xalları hesabına üstələyib. Aişə Qurbanlının 1/16 finaldakı rəqibi avstraliyalı Karolin Heyn olub. O, Karolin Heynə 1 dəqiqə 31 saniyəyə ipponla qalib gəlməyi bacarıb. Aişə Qurbanlının növbəti rəqibi argentinalı Paula Pareto olub. Amma Aişə uğursuz çıxış edib. Qurbanlı ipponla uduzaraq Dünya çempionatında çıxışını bitirib.

60 kq çəki dərəcəsində çıxış edən Orxan Səfərov isə 1/32 finalda monqolustanlı Amartuvşin Bayaraa ilə üz-üzə gəlib. Səfərov qarşılaşmanın bitməsinə 52 saniyə qalmış ipponla qələbə qazanmağı bacarıb. Rəqib özü Orxan Səfərovu ippon fəndin ilə qələbə qazanmaq istəsə də, əks hücumla məğlub olub. Onun 1/16 finaldakı rəqibi madaqaskarlı Nazir bin Abdu olub. Bu rəqibi də üstələməyi bacaran idmançımız 1/8 finala yüksəlib. Orxan Səfərov bu mərhələni adlaya bilməyib. Belə ki, idmançı 1/8 finalda gürcüstanlı Amiran Papinaşviliyə 20 saniyəyə ipponla uduzaraq, mübarizəni dayandırıb.

60 kq çəki dərəcəsində çıxış edən digər idmançımız Kəramət Hüseynov ilk görüşünü belçikalı Joran Şildermansa qarşı keçirib və ona ipponla qalib gəlib. O, 69 saniyəyə qələbə qazanıb. Daha sonra o, 1/16 finalda rusiyalı olimpiya və ikiqat Avropa çempionu, "Bakı 2015" I Avropa Oyunlarının qalibi Beslan Mudranovla qarşılaşıb. 20 yaşlı idmançı Beslan Mudranovu 2 dəqiqə 32 saniyəyə ipponla məğlub etməyi bacarıb. Kəramət Hüseynov bu qələbəni görüş zamanı çiynindən zədələnməsinə və bir epizodda işlətdiyi fəndə xal verilməməsinə rəğmən əldə edib.

1 / 6
Cüdo üzrə dünya çempionatının birinci günü. Bakı, Milli Gimnastika Arenası, 20 sentyabr 2018-ci il

Hüseynovun növbəti rəqibi ispaniyalı Fransisko Qarriqos olub və o, Fransisko Qarriqosu məğlub etməyi bacarıb. Daha sonra rəqibi yaponiyalı ikiqat dünya çempionu Naohisa Takato olub. Bu dəfə bəxt Kəramətin üzünə gülməyib. Belə ki, Takato 37 saniyəyə ipponla qalib gələrək, yarımfinala yüksəlib. Hüseynov isə bürünc medal uğrunda təsəlliverici görüşə qatılacaq. Bu mərhələdə ilk rəqib KXDR təmsilçisi Kim Yonq Qvon olub. 7 dəqiqəlik ağır mübarizədə Azərbaycanlı cüdoçu koreyalı rəqibini məğlub etməyi bacarıb və bürünc medal uğrunda mübarizəyə vəsiqə qazanıb.

35
Teqlər:
dünya çempionatı, cüdo, Bakı