Azərbaycan milli komandasının qapıçısı Kamran Ağayev

Kamran Ağayev: "Futbol potensialımız böyük komandalarla oynamaq üçün deyil"

6311
(Yenilənib 23:03 19.09.2018)
Qolkiper: "Mən 22 ildir futbol oynayıram və hələ də öyrənməyə çalışıram"

Təranə Xudabaxşiyeva, Sputnik Azərbaycan

BAKI, 18 sentyabr — Sputnik. UEFA Millətlər Liqası artıq start verib. İlk dəfə təşkil olunan bu mötəbər yarışda Azərbaycan milli komandası da iştirak edir. Millimiz artıq Kosovo və Maltanın milli komandaları ilə qarşılaşıb. Hər iki oyunda hesab heç-heçə qeydə alınıb. Millimizin növbəti rəqibi Farer adalarının komandası olacaq. Bu dəfə də millimiz onlar ilə qarşılaşaraq ən güclünü müəyyən edəcək.

Komandamızın qolkiperi Kamran Ağayev Millətlər Liqası ilə bağlı fikirlərini Sputnik Azərbaycan-la bölüşüb.

— Millətlər Liqası ilk dəfədir keçirilir. Bu yarışın keçirilməsinin komandalar, eyni zamanda bizim milli komanda üçün nə kimi əhəmiyyəti var?

— Əhəmiyyəti, əvvəla daha çox oyun keçirmək və qələbə qazanmaqdır. Bugünkü futbol potensialımız böyük futbol komandaları ilə oynamaq üçün deyil. Nə qədər özümüzə güvənsək, özümüzə inamla çıxsaq da, potensialımız buna imkan vermir. Amma bu çempionat bizim üçün yaxşı şansdır. Nə qədər çox beynəlxalq oyun keçirsək, təcrübəmiz bir o qədər artır və daha yaxşı oynamaq imkanımız olur. Amma ümiddən düşmək olmaz. Xalqımız bizdən qələbə gözləyir. Var gücümüzlə qələbə qazanmaq üçün vuruşacağıq. Biz bu oyunlarda qabil gəlib, daha böyük oyunlara vəsiqə qazana bilərik.

Azərbaycan milli komandasının qapıçısı Kamran Ağayevin Sputnik Azərbaycan-a müsahibəsi
© Sputnik / Anar Mustafayev
Azərbaycan milli komandasının qapıçısı Kamran Ağayevin Sputnik Azərbaycan-a müsahibəsi

— Farer adalarına qəlib gələ biləcəksiniz?

— Biz hər oyunda qələbə üçün çıxırıq. Hətta Malta və Kosovaya da qalib olmaq üçün çıxmışdıq. Hamı bizi qınayır. Biz də özümüz-özümüzü qınayırıq. Biz dəfələrlə oynayaraq qalib gəlmişik. Sadəcə həmin gün alınmadı. Amma əlimizdən gələni edirik ki, xalqımızı sevindirək.

Millinin qapıçısı Kamran Ağayev: Biz hər oyunda qələbə üçün çıxırıq
© Sputnik / Anar Mustafayev
Millinin qapıçısı Kamran Ağayev: Biz hər oyunda qələbə üçün çıxırıq

— Məğlub olandan sonra sosial şəbəkələrdə sizi tənqid və təhqir edirlər. Buna münasibətiniz necə olur?

— Sosial şəbəkələr bizim üçün əhəmiyyətsizdir. Orada təhqir və tənqidin əksəriyyətini məktəbli uşaqlar yazır. Ona görə də fikir verməyə dəyməz. Bir futbolçu dostumuza bir nəfər tənqid yazıb ki, "niyə belə oynamısız". Komanda yoldaşımız da ona açıqlama verib. O, da deyib ki, "mənə futbolu öyrətmə, 7 ildir futbol oynayıram". Komanda yoldaşımız da ondan yaşını soruşub, oğlan cavabında "15 yaşım var" deyib.(gülür) Mən 22 ildir futbol oynayıram və hələ də öyrənməyə çalışıram. Futbolu bilən adam bizim necə futbol oynadığımızı bilir və dəyərləndirir. Bu idmandır, bəzən qələbə qazanırsan, bəzən məğlub olursan. Heç kim heç nədən sığortalanmayıb.

6311
Əlaqədar
Məşhur futbolçu inanılmaz qol vurdu və özünü "Qol allahı" elan etdi - VİDEO
Məşhur klubun futbolçusu atışma zamanı öldürüldü
Futbol bayramı gəlir, “Qarabağ”ın təqvimi bilindi
Əfsanəvi futbolçu "Yuventus"dan ayrıldı
Yelena Parxomenko

Yelena Parxomenko: Özümü azərbaycanlı hesab edir Qarabağda qələbə gözləyirəm

65
(Yenilənib 13:24 28.10.2020)
Voleybol üzrə Azərbaycan millisinin sabiq üzvü Yelena Parxomenko azərbaycanlı əsgərlərə dəstəyini bildirib

BAKI, 28 oktyabr – Sputnik, Teymur Tuşiyev. Azərbaycanın qadınlardan ibarət voleybol millisinin sabiq üzvü Yelena Parxomenko Qarabağda əks-hücum əməliyyatları yerinə yetirən Silahlı Qüvvələrimizdən böyük uğurlar gözləyir. Bu barədə o, bacısı Oksana Kurt-Parxomenkonun Facebook sosial şəbəkəsində yerləşdirdiyi müraciətində deyib.

Yelena Parxomenko Bakıda doğulub. Atası ukraynalı, anası rusdur. Buna rəğmən, millimizin sabiq üzvü özünü azərbaycanlı hesab edir.

© Photo : Courtesy of Yelena Parkhomenko
Yelena Parxomenko

“Azərbaycan – mənim Vətənimdir. Valideynlərim, bacım, mən – burada doğulmuşuq. Bütün qəlbimlə Azərbaycanın yanındayam. Bəziləri deyə bilərlər ki, mən ukraynalıyam, amma yox, Mən Azərbaycanda doğulmuşam, bura mənim ölkəmdir və özümü azərbaycanlı sayıram”, - Parxomenko deyib.

© AFP 2020 / KAZUHIRO NOGI
Yelena Parxomenko

Azərbaycan millisinin heyətində beynəlxalq yarışlara Parxomenko 1996-cı ildən çıxmağa başlayıb. O, həmçinin Azərbaycanın “Azərreyl”, “Lokomotiv” və “Azəryol” komandalarında da forma geyinib.

© Photo : Courtesy of Yelena Parkhomenko
Yelena Parxomenko

Keçmiş voleybolçu vurğulayıb ki, bəzi başqa dövlətlərdən fərqli olaraq, Azərbaycanda heç vaxt dini problem olmayıb.

“Bir xristian kimi deyə bilərəm ki, bu gün Azərbaycanda siz məscidə də, kilsəyə də, sinaqoqa da gedə bilərsiniz. Bizdə katolik və pravoslav kilsələri var. Hətta Salyan kazarmasının yanındakı kilsəmizin mesenatının da azərbaycanlı olduğunu bilirəm. Bizim ölkəmiz tamamilə tolerant və dünyəvidir”, - Parxomeko qeyd edib.  

Azərbaycan millisinin sabiq üzvü bütün ön cəbhə boyu əks-hücum əməliyyatı aparan əsgərlərimizə dəstəyini bildirib.

© AFP 2020 / TOSHIFUMI KITAMURA
Yelena Parxomenko

“İstəyirəm ki, dövlətimizi qoruyan əsgərlərimiz bilsinlər ki, burada, Bakıda, hər bir evdə onlara inanır, onlardan qələbə gözləyirlər. Biz həmişə onlarlayıq. Qarabağ Azərbaycandır!” – deyə Parxomenko əlavə edib.  

65
Teqlər:
Karabakh is Azerbaijan, Qarabağ, Yelena Parxomenko, milli yığma, voleybol, azərbaycanlı, dəstək, Azərbaycan Ordusu
Mövzu:
Azərbaycan və Ermənistan arasında müharibə
Əlaqədar
Məşhur futbolçudan Azərbaycan xalqına dəstək - "Erməni, təxribatını dayandır"
Alpinistlər hərbçilərimizə dəstək məqsədilə Azərbaycanın ən yüksək zirvəsinə qalxıblar
Bir ailədən üç əsgər ön cəbhədə: Tat icması qələbə xəbərini dörd gözlə gözləyir – video
Rusiyalı stilistdən Azərbaycana dəstək
İsraildən Azərbaycana qardaş yardımı
Elmar Babanlı, Azərbaycan Cüdo Federasiyasının baş katibi

Baş katib cüdoçularımızın ““Böyük dəbilqə”dəki çıxışından danışır

20
(Yenilənib 08:33 27.10.2020)
Azərbaycan Cüdo Federasiyasının baş katibi Elmar Babanlı deyir ki, Tokio Olimpiadasına vacib reytinq xalları qazandırması turnirin əhəmiyyətliliyini daha da artırır
Elmar Babanlı: “Medal gözlədiyimiz idmançımız ümidləri doğrultmadı”

““Böyük dəbilqə” turniri 7 aylıq fasilədən sonra keçirilən ilk böyük turnir idi” . Sputnik Azərbaycan xəbər verir ki, bunu Azərbaycan Cüdo Federasiyasının baş katibi Elmar Babanlı bildirib.

O bildirib ki, yarışın Tokio Olimpiadasına vacib reytinq xalları qazandırması onun əhəmiyyətliliyini daha da artırır:

“Cüdoçumuz Nicat Şıxəlizadə (66 kiloqram) medal qazana bilərdi. Gültac Məmmədəliyeva (52 kiloqram) yaxşı güləş göstərib güclü rəqiblərinə qalib gəlsə də, medal qazana bilmədi. Amma onun üçün reytinqli idmançılar arasında “Böyük dəbilqə” kimi nüfuzlu turnirdə 7-ci yeri tutmaq yaxşı nəticə sayılır. Digər cüdoçumuz, 81 kiloqram çəkidə mübarizə aparan Hidayət Heydərov o qədər də güclü olmayan bolqarıstanlı rəqibinə məğlub oldu. Rəqib görüşün əvvəlində vazari xalı ilə üstünlüyə malik idi və sonadək mövqeyini qorudu. Bu çəkidə Murad Fətiyev kifayət qədər perspektivli idmançıdır. Bir görüşdə qalib gəlməyi onun potensialının göstəricisidir. Daha bir perspektivli cüdoçumuz Telman Vəliyev (73 kiloqram) ötən Qran-Pri yarışlarında mükafatçı olub və bu turnirdə də ondan medal gözləyirdik. Amma ümidləri doğrultmadı”.

Elmar Babanlının fikirlərinə audiofaylda qulaq asa bilərsiniz

20
Qərənfil

Lev Tolstoyun qızı erməni vandalizmi haqqında

0
Material 1915-ci ildə ermənilər tərəfindən Van şəhərinin dinc əhalisinə – türklərə qarşı törədilən soyqırımın canlı şahidi olmuş Aleksandra Tolstoyanın xatirələrini əks etdirir

BAKI, 28 oktyabr — Sputnik. Türkiyənin "Alternatiftarih" portalı, Birləşmiş Ərəb Əmirliklərinin məşhur "Saadaonline" portalı, Misirin populyar "Əl-Vəsilə", "Nile Nyus", "Əl-Braq Nyus", "Dmc Nyus", İraqın "İraq Nyus" xəbər portalları Dövlət Tərcümə Mərkəzinin beynəlxalq virtual aləmdə yayılması məqsədilə müxtəlif dillərdə hazırladığı "Lev Tolstoyun qızı erməni vəhşilikləri haqqında" sənədli materialın yayımına başlayıb.

Sputnik Azərbaycan xəbər verir ki, material 1915-ci ildə ermənilər tərəfindən Van şəhərinin dinc əhalisinə – türklərə qarşı törədilən soyqırımın canlı şahidi olmuş Aleksandra Tolstayanın xatirələrini əks etdirir.

0