Лига чемпионов УЕФА

Çempionlar Liqası: Qalatasaray Barselona darmadağınla başladı

173
(Yenilənib 09:55 19.09.2018)
Qalatasaray rəqib qapısından 3, Barselona 4 qol keçirdi

BAKI, 19 sentyabr — Sputnik. UEFA Çempionlar Liqasının qrup mərhələsi çərçivəsində ilk oyunlar keçirilib.

Sputnik Azərbaycan nəticələri təqdim edir:

"A" qrupu

"Brügge" (Belçika) — "Borussiya Dortmund" (Almaniya) — 0:1
Qol: K.Pulişiç (85-ci dəqiqə).

"Monako" (Fransa) — "Atletiko Madrid" (İspaniya) — 1:2
Qollar: S.Grandsir (18-ci dəqiqə), D.Kosta (31-ci dəqiqə), X.-M. Ximenes (45+1-ci dəqiqə).

"B" qrupu

"Barselona" (İspaniya) — "PSV" (Niderland) — 4:0
Qollar: L.Messi (32,77,87-ci dəqiqələr), U.Dembele (75-ci dəqiqə).

"İnter" (İtaliya) — "Tottenhem" (İngiltərə) — 2:1
Qollar: K.Eriksen (53-cü dəqiqə), M.İkardi (86-cı dəqiqə), M.Vesino 90+2-ci dəqiqə).

"C" qrupu

"Liverpul" (İngiltərə) — "PSJ" (Fransa) — 3:2
Qollar: D.Starric (30-cu dəqiqə), D.Milner (36-dəqiqə, penalti), T.Menyö (40-cı dəqiqə), K.Mbappe (83-cü dəqiqə), R.Firmino (90+2-ci dəqiqə).

"Srvena Zvezda" (Serbiya) — "Napoli" (İtaliya) — 0:0

"D" qrupu

"Qalatasaray" (Türkiyə) — "Lokomotiv Moskva" (Rusiya) — 3:0
Qollar: Q.Rodriges (9-cu dəqiqə), E.Derdiyok (67-ci dəqiqə), S.İnan (90+4-cü dəqiqə, penalti)

"Şalke" (Almaniya) — "Portu" (Portuqaliya) — 1:1
Qollar: B.Embolo (64-cü dəqiqə), Otavio (75-ci dəqiqə, penalti)

173
Teqlər:
nəticələr, UEFA Çempionlar Liqası, qrup mərhələsi, futbol
Dieqo Armando Maradona

Maradonanın həkimi ittihamlara cavab verdi

37
(Yenilənib 23:55 29.11.2020)
Bu gün məlumat yayılıb ki, Lukenin evində və klinikasında axtarış aparılıb. Bundan başqa həkimi Maradonaya kömək göstərməməkdə və bilməyərəkdən onun ölümünə səbəb olmaqda ittiham edirlər

BAKI, 29 noyabr - Sputnik. Argentina millisinin sabiq oyunçusu Dieqo Armando Maradonanın həkimi Leopold Luke futbolçunun ölümü barədə ittihamlara reaksiya verib.

Sputnik Azərbaycan xarici mətbuata istinadən bildirir ki, həkim baş verənlərdə heç kimi, o cümlədən də özünü günahkar bilmir. O həmçinin istintaqla əməkdaşlıq etməyə hazır olduğunu da deyib. Luke vurğulayıb ki, Maradonanın evindəki tibbi heyət futbolçunun alkoqol asılılığından müalicəsi ilə məşğul idi və ürəktutmasının qarşısını ala bilmədi.

Bu gün məlumat yayılıb ki, Lukenin evində və klinikasında axtarış aparılıb. Bundan başqa həkimi Maradonaya kömək göstərməməkdə və bilməyərəkdən onun ölümünə səbəb olmaqda ittiham edirlər.

​Maradona noyabrın 25-də 60 yaşında dünyasını dəyişib. Ölümə səbəb üərk çatışmazlığı səbəbindən ağciyərdə kəskin şişkinlik yaranması olub.

Dieqo Maradona "Barselona", "Napoli", "Nyuells Old Boyz"  klublarında oynayıb. Argentina millisi ilə 1986-cı ildə dünya çempionu olub. Futbol tarixində ən parlaq oyunçulardan hesab olunur.

37
Teqlər:
axtarış, ittiham, həkim, ölüm, Dieqo Armando Maradona
Qurban Qurbanov, arxiv şəkli

"Qarabağ"dan üzücü xəbər: Qurban Qurbanov koronavirusa yoluxub

23
(Yenilənib 19:16 29.11.2020)
Dünən “Qarabağ”la Ağdama getməyən və bu gün komandanı meydana çıxarmayan 48 yaşlı mütəxəssisin səhhətindəki problem virusla bağlı olub

BAKI, 29 noyabr - Sputnik. “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanovun koronavirusa yoluxması təsdiqlənib.

Sputnik Azərbaycan apasport.az saytına istinadən bildirir ki, bu, Premyer Liqanın XI turunun “Sənail”lə matçından (1:1) sonra açıqlanıb.

Bildirilib ki, dünən “Qarabağ”la Ağdama getməyən və bu gün komandanı meydana çıxarmayan 48 yaşlı mütəxəssisin səhhətindəki problem virusla bağlı olub. Qurbanovun koronavirus testi müsbət nəticə verib.

23
Teqlər:
Qurban Qurbanov, Qarabağ FK, yoluxma, Koronavirus, epidemiya, COVID-19
Mövzu:
Azərbaycanda koronavirus: son xəbərlər
Xəstəxana, arxiv şəkli

Azərbaycanda İİV xəstələrinin sayı açıqlandı

0
Bir dekabr 2020-ci il tarixinə İİV ilə yaşayan 7 247 nəfər mərkəzimizdə rəsmi olaraq qeydiyyata alınıb.

BAKI, 1 dekabr — Sputnik. "1 dekabr 2020-ci il tarixinə İİV ilə yaşayan 7 247 nəfər mərkəzimizdə rəsmi olaraq qeydiyyata alınıb, onlardan 1 864 nəfər QİÇS mərhələsindədir. İİV infeksiyasından ölənlərin sayı 1 082 nəfərdir".

Sputnik Azərbaycan xəbər verir ki, bunu Respublika QİÇS-lə Mübarizə Mərkəzinin direktoru vəzifəsini icra edən Esmira Alməmmədova deyib.

O bildirib ki, bu ilin ilk 11 ayı ərzində Azərbaycanda 494 yeni yoluxma halı təsdiqlənib: "484 nəfər (98.0%) Azərbaycan vətəndaşı, 10 nəfər (2.0%) əcnəbidir. Azərbaycanın yoluxmuş 316 (65,3%) vətəndaşı kişi, 168-i (34,7%) isə qadındır".

0