Бакинский Олимпийский стадион, фото из архива - Sputnik Azərbaycan
İDMAN
Ölkənin və dünyanın idman həyatına dair məlumatlar

Karateçimiz hakim haqsızlığına görə medalsız qaldı

© Photo : AKF mətbuat xidmətiDünya Karate Federasiyasının Karate1 Premyer Liqa turnirində azərbaycanlı idmançılar
Dünya Karate Federasiyasının Karate1 Premyer Liqa turnirində azərbaycanlı idmançılar - Sputnik Azərbaycan
Abunə olmaq
Rafael Ağayev (-75 kq) və İrina Zaretska (-68 kq) ikinci yeri, Firdovsi Fərzəliyev (-60 kq) isə üçüncü pilləni tutub

BAKI, 18 sentyabr — Sputnik. Azərbaycan karateçiləri Berlində mövsümün altıncı mərhələsində iki gümüş və bir bürünc medal qazanıb.

Karate Federasiyasının mətbuat xidmətindən Sputnik Azərbaycan-a verilən məlumata görə, Rafael Ağayev (-75 kq) və İrina Zaretska (-68 kq) ikinci yeri, Firdovsi Fərzəliyev (-60 kq) isə üçüncü pilləni tutub. Şahin Atamov (+84 kq) bürünc medal uğrunda həlledici görüşdə hakim haqsızlığı üzündən mükafatsız qaldı. İdmançıların mükafatlandırılması mərasimində federasiyanın prezidenti Yaşar Bəşirov iştirak edib.

© Photo : AKF mətbuat xidmətiDünya Karate Federasiyasının Karate1 Premyer Liqa turnirində azərbaycanlı idmançılar
Dünya Karate Federasiyasının Karate1 Premyer Liqa turnirində azərbaycanlı idmançılar  - Sputnik Azərbaycan
Dünya Karate Federasiyasının Karate1 Premyer Liqa turnirində azərbaycanlı idmançılar

Dünya Karate Federasiyasının (WKF) mötəbər Karate1 Premyer Liaqa turnirində 72 ölkədən 763 idmançı iştirak edib.

Qeyd edək ki, mövsümün son liqası 12-14 oktyabr tarixlərində Tokioda keçiriləcək. Milli komanda vətənə qayıtdıqdan sonra Yaponiyadakı yarışa hazırlıq məşqlərinə başlayacaq.

Xəbər lenti
0