Kriştianu Ronaldu

Kriştianu Ronaldu jurnalisti belə yamsıladı

47
(Yenilənib 23:17 14.09.2018)
Bir neçə saniyə sonra Kriştianu Ronaldoya digər komanda yoldaşları da qoşulub

BAKI, 14 sentyabr — Sputnik. İtaliyanın “Yuventus” klubunun futbolçusu Kriştianu Ronaldu maraqlı görüntü ilə diqqəti özünə cəlb edib.

Sputnik Azərbaycan xarici mətbuata istinadən xəbər verir ki, ulduz futbolçu “Yuventus” klubunun məşqlərindən birində Turin klubunun TV əməkdaşı “stand up” edərkən arxa fonda onu yamsılamağa başlayıb.

Bir neçə saniyə sonra Kriştianu Ronaldoya digər komanda yoldaşları da qoşulub.  Daha sonra məşqlərinə geri dönüblər.

47