Первые основные соревнования в классе FIA Formula-2 в Баку

Bakıda keçirilən "Formula 1" yarışının keçiriləcək vaxtı məlum oldu

86
(Yenilənib 19:43 13.09.2018)
Cədvəldə yer dəyişmək və iyun ayına keçmək mümkün olmayıb

Təranə Xudabaxşiyeva, Sputnik Azərbaycan

BAKI, 13 sentyabr — Sputnik. Bakı şəhərində keçiriləcək növbəti "Formula 1" oyunları 2019-cu ilin aprel ayında olacaq. Bu barədə Sputnik Azərbaycan-a "Bakı Şəhər Halqası" Əməliyyat Şirkətinin (BŞH) Marketinq və Kommunikasiya Departamentinin rəhbəri Nigar Arpadarai məlumat verib. O, bildirib ki, yarışın iyun ayına salınmasına cəhd edilsə də, mümkün olmayıb: "Gələn il 21 ölkədə "Formula 1" keçiriləcək. Ona görə də cədvəldə yer dəyişmək və iyun ayına keçmək mümkün olmadı. Baxmayaraq ki, vaxta az qalıb, artıq var gücümüzlə işlərə başlamışıq. Düşünürəm ki, bu il daha böyük yeniliklərlə Formula 1 sevənlərin qarşısında olacağıq".

Arpadarai tezliklə biletlərin satışa çıxarılacağını dilə gətirib: "Biletlər oktyabr ayından satışa çıxarılacaq. Eyni zamanda hər il olduğu kimi, bu il də xüsusi kampaniyalar olacaq".

N.Arpadarai "Formula-1" trasında inşaat işlərinə isə noyabrın sonları — dekabrın əvvəllərində start veriləcəyini də açıqlayıb: "İşlərimiz bununla bitmir. Qarşıda maraqlı tədbirlər, jurnalistlər üçün təlimlər də nəzərdə tutmuşuq. Mətbuat nümayəndələrinin verdikləri təklifləri də dəyərləndirməyə çalışacağıq".

"Bu il də üç məşhur olduz şəhərimizin qonağı olacaq. Yenə də Kristal Hall Halda keçiriləcək. Ulduzların adlarını da yarışların keçirilməyindən bir neçə ay əvvəl qeyd edəcəyik" — deyə N.Arpadarai əlavə edib.

Qeyd edək ki, gələn mövsümün ilkin təqvimində Azərbaycan "Qran-pri"sinin 26 — 28 apreldə təşkili nəzərdə tutulub.

86
Avropa Liqasının qrup mərhələsinin 2-ci tutu çərçivəsində Qarabağ - Vilyareal matçı

"Qarabağ" azarkeşlərini məyus etdi

77
(Yenilənib 23:52 29.10.2020)
Azərbaycanın "Qarabağ" və İspaniyanın "Vilyarreal" komandaları arasındakı UEFA Avropa Liqasının I qrupunun II tur matçı keçirilib.

BAKI, 29 oktyabr — Sputnik. "Qarabağ" və İspaniyanın "Vilyarreal" komandaları arasındakı UEFA Avropa Liqasının I qrupunun II tur matçı keçirilib.

Sputnik Azərbaycan xəbər verir ki, görüş Türkiyənin İstanbul şəhərindəki "Başakşehir Fatih Terim" stadionunda baş tutub.

Komandalar oyunun birinci hissəsini heç-heçə başa vurublar. İkinci hissədə isə "Qarabağ"ın oyunçusu Kvabena Ovusu fərqlənib. O, 78-ci dəqiqədə hesabı açıb. Lakin Ağdam klubunun azarkeşlərinin sevinci uzun çəkməyib. 2 dəqiqə sonra "Vilyarreal" Yeremi Pinonun vurduğu qolla hesabı bərabərləşdirib. Matçın 84-cü dəqiqəsində Pako Alkaser Ağdam klubunu cəzalandırıb. "Vilyarreal" ikinci qolla önə çıxıb. 

Oyuna əlavə edilən dəqiqələrdə "Vilyarreal" 3-cü topu "Qarabağ"ın qapısından keçirib. Üçüncü topu da 90+6-cı dəqiqədə penaltidən Pako Alkaser vurub.

Beləliklə, "Qarabağ"-"Vilyarreal" matçında oyun ispan klubunun qələbəsi ilə başa çatıb.

Bu oyunun nəticəsi olaraq xallarını 6-ya çatdıran "Vilyarreal" qrupda liderliyini möhkəmlədib. "Qarabağ" isə 1 xalla 3-cü pillədə qalıb.

77
Ramil Quliyev

Dünya çempionu da "Qarabağ Azərbaycandır!" dedi

60
(Yenilənib 23:21 29.10.2020)
İdmançı üzərində "Pray for Barda" ("Bərdə şəhəri üçün dua edin") sözləri və 19 nəfərin öldüyü, 50 nəfərin yaralandığı yazılmış foto paylaşıb.

BAKI, 29 oktyabr — Sputnik. Türkiyə millisinin azərbaycanlı dünya çempionu Ramil Quliyev Ermənistan silahlı qüvvələrinin Bərdə şəhərinə raket zərbələri ilə törətdiyi terror barədə özünün "Instagram" səhifəsində paylaşım edib.

Sputnik Azərbaycan xəbər verir ki, idmançı üzərində "Pray for Barda" ("Bərdə şəhəri üçün dua edin") sözləri və 19 nəfərin öldüyü, 50 nəfərin yaralandığı yazılmış foto paylaşıb.

Ramil Quliyevin paylaşımının skrinşotu

Bununla yanaşı, sosial şəbəkədə Qarabağa aid video yayımlayıb və qeyd bölməsinə "Qarabağ Azərbaycandır" yazıb.

Qeyd edək ki, 30 yaşlı idmançının "Instagram"da 67 mindən çox izləyicisi var.

60

Uşaq bağçalarında tədris bərpa edilmir

3
"Bağçalarda onlayn təhsil mümkün olmadığına görə tədris bərpa edilmir. Amma hansısa bağça onlayn şəkildə fəaliyyət göstərmək istəyərsə, burada qeyri-qanuni nəsə yoxdur"

BAKI, 30 oktyabr — Sputnik. Məktəbəqədər təhsil müəssisələri və uşaq bağçalarının fəaliyyəti ənənəvi formada bərpa edilmir. Sputnik Azərbaycan-ın məlumatına görə, bunu Təhsil naziri Emin Əmrullayev bu gün keçirdiyi brifinqdə deyib. Nazir qeyd edib ki, azyaşlı uşaqlara xüsusi qayğının onlayn göstərilməsi məqbul hesab edilmir: "Bağçalarda onlayn təhsil mümkün olmadığına görə tədris bərpa edilmir. Amma hansısa bağça onlayn şəkildə fəaliyyət göstərmək istəyərsə, burada qeyri-qanuni nəsə yoxdur".

E.Əmrullayev şagird yerdəyişməsindəki fasiləyə də aydınlıq gətirib. O bildirib ki, bu, növbəti həftədən aradan qaldırılacaq: "Əvvəlki dövrlərdə müəyyən qeyri-müəyyənlik qeydə alınsa da, növbəti həftələrdən sistemin işə salınması mümkün olacaq".

3