Бакинский Олимпийский стадион, фото из архива - Sputnik Azərbaycan
İDMAN
Ölkənin və dünyanın idman həyatına dair məlumatlar

UEFA Millətlər Liqasının ikinci turuna start verilir

© Sputnik / Aleksey Filippov / Mediabanka keçidDünya çempionatı, Argentina-İslandiya görüşü
Dünya çempionatı, Argentina-İslandiya görüşü - Sputnik Azərbaycan
Abunə olmaq
Azərbaycan millisini yer aldığı “D” liqasının 4-ci qrupunda Makedoniya yığması Ermənistan seçməsini, Lixtenşteyn millisi isə Cəbəllütariq komandasını qəbul edəcəklər

BAKI, 9 sentyabr — Sputnik. Sentyabrın 9-da UEFA-nın yeni təsis etdiyi Millətlər Liqasının ikinci turuna start veriləcək.

İkinci turun açılış oyunu “B” liqasının 2-ci qrupunda yer alan Ukrayna və Slovakiya yığmaları arasında baş tutacaq. Görüş Bakı vaxtı ilə saat 17:00-da başlayacaq. İlk turda Andrey Şevçenkonun yetirmələri Çexiya millisini səfərdə 2:1 hesabı ilə məğlub etmişdi. Slovakiya seçməsinin isə UEFA Millətlər Liqasında ilk oyunu olacaq.

Günün ən maraqla gözlənilən matçı “A” liqasında baş tutacaq. Rusiyada keçirilən dünya çempionatının qalibi olan Fransa yığması doğma meydanda Hollandiya komandası ilə üz-üzə gələcək. Qarşılaşma 22:45-də başlayacaq.

“C” liqasının 3-ci qrupunda yer alan Bolqarıstan yığması Norveç seçməsini qəbul edəcək. Qrupun digər oyununda Sloveniya millisi səfərdə Kipr yığmasının qonağı olacaq. Bu qrupun ilk turunda Norveç doğma meydanda Kipr millisini (2:0), Bolqarıstan seçməsi isə Sloveniya yığmasını səfərdə məğlub ediblər (2:1).

Azərbaycan millisini yer aldığı “D” liqasının 4-ci qrupunda Makedoniya yığması Ermənistan seçməsini, Lixtenşteyn millisi isə Cəbəllütariq komandasını qəbul edəcəklər. Bu qrupun ilk turunda Makedoniya yığması Cəbəllütariq seçməsini səfərdə (2:0), Ermənistan isə öz meydanında Lixtenşteyn millisini məğlub ediblər (2:1). Həmin liqanın 1-ci qrupunda Latviya millisi Gürcüstan seçməsinin qonağı olacaq.

“B” liqasının 4-ci qrupunda Danimarka millisi Uels yığmasını qəbul edəcək.

“D” liqasının 3-cü qrupunda yer alan Azərbaycan millisi sentyabrın 7-də Bakı Olimpiya Stadionunda Kosovo yığması ilə görüşdə qolsuz heç-heçə edib. Azərbaycan seçməsi növbəti oyununu sabah səfərdə Maltaya qarşı keçirəcək.

Xəbər lenti
0