Azərbaycan millisinin baş məşqçisi Qurban Qurbanov

Qurban Qurbanov: "Sona qədər mübarizə aparacağıq"

53
(Yenilənib 23:41 07.09.2018)
Baş məşqçi bildirib ki, rəhbərlik etdiyi oyunçular qarşıdan gələn oyunlarda qalıb gəlmək üçün əllərindən gələni edəcəklər

BAKI, 7 sentyabr — Sputnik. "Startda dalbadal iki oyunu uduzmaq, sonra isə qalan oyunlarda qalib gələrək qrup birincisi olmaq olar. Buna görə də, biz axıra qədər mübarizə aparacağıq".

Sputnik Azərbaycan xəbər verir ki, bunu Millətlər Liqasının D divizionunun üçüncü qrupunun ilk oyununda Kosovo millisi ilə heç-heçəni şərh edən Azərbaycan yığma komandasının baş məşqçisi Qurban Qurbanov deyib.

"Oyun çox çətin oldu. Mən hələ dünən demişdim ki, rəqibin çox güclü individual oyunçuları var. Birinci hissədə hər iki komanda ehtiyatla oynayırdı. İkinci hissə fərqli idi. Ümumilikdə oyun nizamından razı qaldım. Qarşıda bizi daha bir çətin oyun gözləyir" — Qurbanov qeyd edib.

Onun sözlərinə görə, Azərbaycan yığması daha böyük nəticə göstərməyə qadirir.

"Mövcud problemləri aradan qaldırmaq lazımdır. Bu komandanın potensialı daha böyükdür. Mən öz futbolçularıma inanıram. Bu gün onlar pis görünmürdülər və yaxşı oynayırdılar" — deyə baş məşqçi əlavə edib.

Kosovo ilə iyundan sonra Azərbaycan yığmasının şanslarının azalması barədə suala cavab verən Qurbanov bildirib ki, rəhbərlik etdiyi oyunçular qarşıdan gələn oyunlarda qalıb gəlmək üçün əllərindən gələni edəcəklər.

53
Teqlər:
Kosovo, Millətlər Liqası, Azərbaycan millisi, baş məşqçi, Qurban Qurbanov
Əlaqədar
Qurban Qurbanov: “Bu, bizim son şansımızdır”
Millətlər Liqasında ilk oyun və ilk xal
Canni De Byazi, arxiv şəkli

Futbol üzrə millimizin baş məşqçisi bəlli oldu

123
(Yenilənib 18:39 10.07.2020)
AFFA-nın irəli sürdüyü xüsusi şərtlərə pandemiya ilə əlaqədar beynəlxalq oyunlar təxirə salınarsa və ya baş məşqçinin Azərbaycana gəlməsi ilə bağlı çətinliklər yaranarsa, maliyyə risklərinin nəzərə alınması daxildir

BAKI, 10 iyul — Sputnik. Futbol üzrə Azərbaycan milli komandasının baş məşqçisinin kim olacağı artıq bəllidir.

Sputnik Azərbaycan bildirir ki, bu barədə bu gün AFFA-nın İcraiyyə Komitəsinin videokonfrans formatında iclasının gedişində məlum olub. Aparılmış müzakirələrdən sonra aşağıdakı qərarlar qəbul olunub:

COVID-19 pandemiyası əlaqədar yaranmış mövcud vəziyyət nəzərə alınaraq AFFA tərəfindən irəli sürülən xüsusi şərtlərlə razılaşacağı təqdirdə, Canni De Byazi ilə Azərbaycan milli komandasının baş məşqçisi vəzifəsinə təyinatla bağlı müqavilə imzalansın. Müqavilənin digər şərtlərinin müəyyənləşdirilməsi məqsədilə danışıqlar davam etdirilsin (İcraiyyə Komitəsi üzvlərinin səs çoxluğu ilə).

Arif Əsədov baş məşqçinin köməkçisi təyin olunsun.

Qeyd: AFFA-nın irəli sürdüyü xüsusi şərtlərə pandemiya ilə əlaqədar beynəlxalq oyunlar təxirə salınarsa və ya baş məşqçinin Azərbaycana gəlməsi ilə bağlı çətinliklər yaranarsa, maliyyə risklərinin nəzərə alınması daxildir.

Bundan öncə İngiltərənin "Mançester Yunayted" klubunun əfsanəvi futbolçusu, irlandiyalı Roy Kinin (Roy Keane) futbol üzrə Azərbaycan yığmasının baş məşqçisi ola biləcəyi barədə məlumatlar yayılmışdı.

İtalyan Canni di Byazı karyerası ərzində xeyli klub komandalarına məşqçilik etsə də, millilər arasında yalnız Albaniya yığmasına rəhbərlik edib (2011-2017). 2017-ci ilin sentyabrında isə İspaniyanın "Alaves" klubunda baş məşqçi işləyib. İki ay sonra isə işdən çılxarılıb.

123
Əlaqədar
Futbol azarkeşlərinin qanını qaraldacaq xəbər – Stadionları hələ unudun
Görün millimizə kim gəlir!? Əfsanənin 48 saatı var
Futbolu yarıdıb, indi də keçib biznesə
"Qarabağ"ın ulduzu "Beşiktaş"da oynaya bilər
İdman şərhçisi: “Əcnəbi məşqçi millimizə fövqəl uğur qazandırmayacaq”
 Futbolçu top ilə, arxiv şəkli

Futbol azarkeşlərinin qanını qaraldacaq xəbər Stadionları hələ unudun

7
(Yenilənib 00:12 10.07.2020)
Çempionlar Liqası və Avropa Liqasının 1/8 final mərhələsinin oyunları ev komandalarının arenalarında keçiriləcək.

BAKI, 10 iyul – Sputnik. Çempionlar Liqası və Avropa Liqasının 2019/20 mövsümünün oyunları, eləcə də 2020/21 mövsümünün seçmə mərhələlərinin görüşləri tamaşaçısız keçiriləcək.

Sputnik Azərbaycan-ın məlumatına görə, bu barədə Avropa Futbol Assosiasiyaları İttifaqının (UEFA) mətbuat xidməti məlumat yayıb.

Qeyd edilib ki, Çempionlar Liqası və Avropa Liqasının 1/8 final mərhələsinin oyunları ev komandalarının arenalarında keçiriləcək.

Bu qərar qurumun icra komitəsinin iclasında qəbul edilib.

7
 Belarus Prezidenti Aleksandr Lukaşenko, arxiv şəkli

Lukaşenko Belarusun dağılması təhlükəsindən danışdı

0
(Yenilənib 23:16 10.07.2020)
Prezident eyni zamanda vurğulayıb ki, Belarusda dəyişikliklər "Maydandan deyil, Konstitusiyadan" gəlməlidir

 

BAKI, 10 iyul — Sputnik. Belarus Prezidenti Aleksandr Lukaşenko ölkənin dağılması təhlükəsi olduğunu bəyan edib. Sputnik Azərbaycan "RİA Novosti"-yə istinadən xəbər verir ki, Lukaşenko yerli KİV-lərlə görüşündə ölkənin suverenliyinin qorunmasının əsas məqsəd olduğunu bildirib.

"Yalnız mənim deyil, bizim öz əllərimizlə qurduğumuz hər şeyin sabah dağılmasını və kiminsə gəlib, eksperimentlər həyata keçirməsini istəmirəm", - deyə Lukaşenko vurğulayıb.

Prezident eyni zamanda vurğulayıb ki, Belarusda dəyişikliklər "Maydandan deyil, Konstitusiyadan" gəlməlidir.

Qeyd edək ki, avqustun 9-da Belarusda prezident seçkisi keçiriləcək. Seçki kampaniyası zamanı müxalifətin bəzi liderləri və namizəd Viktor Babariko tutulub. Belarus DİN vurğulayır ki, onlar siyasi fəaliyyətinə görə deyil, kütləvi tədbirlər zamanı asayişin pozulmasına görə saxlanılıblar.

0
Əlaqədar
Lukaşenko anons etdi – İqtisadi, ekoloji problemlər kəskinləşəcək
Lukaşenko qələbə paradında - Moskvanı vətəninin paytaxtı adlandırdı
Lukaşenko bəyan etdi: "Koronavirus üzərində qələbə çaldıq"
Kreml: Belarusdakı seçkilərə müdaxilə etməyə hazırlaşmırıq
Lukaşenko xəbərdarlıq edib: Belarus ərazisinin bir hissəsini itirə bilər