Kriştiano Ronaldo Yuventusun məşqləri zamanı. 5 sentyabr 2018-ci il

Ronaldunun gözünün altını kim qaraldıb?

61
(Yenilənib 18:32 06.09.2018)
Onun məşq zamanı zədələndiyi güman olunur

BAKI, 6 sentyabr — Sputnik. "Yuventus" klubunda iştirak edən portuqaliyalı futbolçu Kriştianu Ronaldu göz nahiyəsi göyərmiş vəziyyətdə məşqə çıxıb.

Sputnik Azərbaycan xəbər verir ki, futbolçunun gözünün altı göyərmiş vəziyyətdə fotosu "Yuventus" klubunun rəsmi saytında dərc olunub. Ronaldunun gözünün altının göyərməsinin səbəbi məlum deyil.

Kriştiano Ronaldo Yuventusun məşqləri zamanı. 5 sentyabr 2018-ci il
Kriştiano Ronaldo "Yuventus"un məşqləri zamanı. 5 sentyabr 2018-ci il

Mümkün versiya kimi onun “Parma” ilə ötən turun oyununda zədələnməsi göstərilir. Məlumata görə, onun gözünün altı oyun zamanı üzünə dəyən topun zərbəsindən belə hala düşüb.

61
Teqlər:
"Yuventus", zədə, Kriştianu Ronaldo