Azərbaycanın FIFA referisi Əliyar Ağayev

Azərbaycanlı hakim beynəlxalq yarışı idarə edəcək

96
(Yenilənib 15:30 04.09.2018)
Yan xətt hakimi funksiyasını isə Zeynal Zeynalov və Rza Məmmədov yerinə yetirəcək

BAKI, 4 sentyabr — Sputnik. Azərbaycanın FIFA referisi Əliyar Ağayev Rusiya və Çexiya milli komandaları arasındakı yoldaşlıq oyununu idarə edəcək. Bu barədə Sputnik Azərbaycan-a AFFA-nın mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, Ağayev sentyabrın 10-da Rostov şəhərində keçiriləcək qarşılaşmanın baş hakimi olacaq. Yan xətt hakimi funksiyasını isə Zeynal Zeynalov və Rza Məmmədov yerinə yetirəcək.

96
Teqlər:
Əliyar Ağayev, referi, FIFA, oyun, Azərbaycan
Əlaqədar
Futbol bayramı gəlir, “Qarabağ”ın təqvimi bilindi
Futbol şərhçisi: ““Qarabağ” bu gün səhv etsə, hər şey əldən çıxa bilər”
Baş məşqçi futbol klubundan ayrıldı
Əfsanəvi futbolçu "Yuventus"dan ayrıldı
Türkiyə futbolu tarixində bir ilk gerçəkləşir