BAKI, 4 sentyabr — Sputnik. İsveçrə Konfederasiyasının Bazel şəhərində "Basel Open 2018" Beynəlxalq Ustalar səviyyəsində keçirilən Karate turniri baş tutub. Sputnik Azərbaycan Karate Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, yarışda milli komandanın üzvləri — Rafael Ağayev, Rafiz Həsənov, Asiman Qurbanlı, İrina Zaretski qızıl medal qazanıblar.
Gümüş medal Şahin Atamov və Tural Ağalarzadəyə qismət olub. Firdovsi Fərzəliyev isə bürünc medalla kifayətlənib.
BAKI, 22 fevral — Sputnik. Peşəkar karyerasını bitirdiyini elan edən məşhur rusiyalı döyüşçü Həbib Nurməhəmmədov karyerası haqqında film çəkilişləri üçün Hollivudla çalışdığını və "Oscar" qazanmağı planlaşdırdığını söyləyib.
Sputnik Azərbaycan xarici mediaya istinadən xəbər verir ki, döyüşçü hazırda sənədli film üzərində işləyir: "Təxminən bir il yarım lazımdır. "Oscar" qazanmaq istəyirik. 20 dəqiqə ərzində "Oscar"lıq film çəkmək o qədər də asan deyil. Hollivudla birlikdə işləyirik. Çox güman ki, dərhal kinoteatrlarda nümayiş olunacaq. Bu normal bir hekayədir, dağdan gələn oğlan çəki kateqoriyasından asılı olmayaraq ən yaxşı döyüşçü oldu, məğlub olmadı".
Xatırladaq ki, 32 yaşlı Nurməhəmmədov Castin Qeyjini UFC 254 turnirinin ikinci turunda "üçbucaq" boğma fəndindən istifadə edərək məğlub edib. Döyüşdən sonra rusiyalı karyerasını bitirdiyini elan edib. Onun hesabında 29 MMA döyüşündə 29 qələbə, o cümlədən UFC-nin 13 döyüşündə 13 qələbə var.
BAKI, 21 fevral - Sputnik. Futbol ulduzu Ronaldinyo Qauçonun anası koronavirusdan vəfat edib.
Sputnik Azərbaycan bildirir ki, bu barədə Mundo Deportivo xəbər yayıb.
Ronaldinyo 71 yaşlı anası Migelinanın xəstəxanaya aparıldığını hələ ötən il dekabrın 21-də sosial şəbəkədə yazmış, anasının intensiv terapiya şöbəsinə yerləşdirildiyini və həkimlərin tam qayğısı ilə əhatə olunduğunu demişdi.
😔 ¡LAMENTABLE NOTICIA DESDE BRASIL!
— Telemundo Deportes (@TelemundoSports) February 21, 2021
😥 La madre de @10Ronaldinho falleció a sus 71 años por #COVIDー19.
Conoce los detalles 👉👉 https://t.co/Ij426baAg8 pic.twitter.com/vruYSmWN1M
Ronaldinyo 2018-ci ildə futbolçu karyerasına son qoyub. O, 2003-2008-ci illərdə "Barselona"nın heyətində iki dəfə İspaniya çempionu, bir dəfə isə Çempionlar Liqasının qalibi olub.
BAKI, 26 fevral — Sputnik. Prezident İlham Əliyev Bakıda Xocalı soyqırımı qurbanlarının xatirəsinə ucaldılmış "Ana harayı" abidəsini ziyarət edib. Sputnik Azərbaycan-ın məlumatına görə, Prezident İlham Əliyev abidənin önünə əklil qoyub, soyqırımı qurbanlarının xatirəsinə ehtiramını bildirib.
Qeyd edək ki, erməni silahlı birləşmələri SSRİ dövründən Xankəndi şəhərində dislokasiya olunmuş 366-cı motoatıcı alayının zirehli texnikası və hərbi heyətinin köməkliyi ilə 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalı şəhərinə hücuma keçiblər.
Mühasirəyə alınan şəhərin 2500 sakini xilas olmaq üçün Ağdam istiqamətində hərəkət edib. Lakin pusquda dayanan ermənilər dinc sakinləri gülləbaran ediblər. Xocalı soyqırımı nəticəsində 63-ü uşaq, 106-sı qadın, 70-i qoca və qarı olmaqla, 613 Xocalı sakini qətlə yetirilib, 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 130 uşaq valideynlərindən birini itirib. Düşmən gülləsindən 76-sı uşaq olmaqla, 487 nəfər yaralanıb. 1275 nəfər əsir götürülüb. Girov götürülənlərdən 150 nəfərinin, o cümlədən 68 qadın və 26 uşağın taleyi bu günədək məlum deyil.