Qarabağ azarkeşləri, arxiv şəkli

Futbol bayramı gəlir, “Qarabağ”ın təqvimi bilindi

2070
(Yenilənib 10:54 01.09.2018)
UEFA Avropa Liqasının 2018-2019-cu il mövsümünün final oyunu gələn il mayın 29-da Bakı Olimpiya Stadionunda keçiriləcək

BAKI, 1 sentyabr — Sputnik. Avqustun 31-də UEFA püşkatmadan sonra Avropa Liqasının təqvimin elan edib. Sputnik Azərbaycan-ın UEFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, Azərbaycanın bu turnirdə yeganə təmsilçisi Ağdamın “Qarabağ” klubu qrup mərhələsində ilk oyununu Portuqaliyada “Joze Alvalade” stadionunda meydan sahibi “Sportinq” klubuna qarşı keçirəcək. Azərbaycan təmsilçisi turnirdə yer aldığı “E” qrupunda ilk və son görüşlərini səfərdə keçirəcək.

Təqvimin tam siyahısı:

20 sentyabr

“Sportinq” – “Qarabağ”

“Arsenal” – “Vorskla”

4 oktyabr

“Vorskla” – “Sportinq”

“Qarabağ” – “Arsenal”

25 oktyabr

“Qarabağ” – “Vorskla”

“Sportinq” – “Arsenal”

8 noyabr

“Vorskla” – “Qarabağ”

“Arsenal” – “Sportinq”

29 noyabr

“Qarabağ” – “Sportinq”

“Vorskla” – “Arsenal”

13 dekabr

“Sportinq” – “Vorskla”

“Arsenal” – “Qarabağ”

UEFA Avropa Liqasının qrup mərhələsinin ilk oyunlarına sentyabrın 20-da start veriləcək. Qruplarda ilk iki yeri tutan komandalar növbəti mərhələyə vəsiqə qazanacaq.

Azərbaycan çempionu bütün rəqiblərini Tofiq Bəhramov adına Respublika Stadionunda qəbul edəcək. Amma “Qarabağ”ın ev oyunları arenasının dəyişdirilərək Bakı Olimpiya Stadionuna salınacağı istisna deyil.

Qeyd edək ki, UEFA Avropa Liqasının 2018-2019-cu il mövsümünün final oyunu gələn il mayın 29-da Bakı Olimpiya Stadionunda keçiriləcək.

2070
Teqlər:
Tofiq Bəhramov adına Respublika stadionu, Bakı Olimpiya Stadionu, təqvim, Avropa Liqası, "Qarabağ" FK, UEFA
Əlaqədar
"Qarabağ"ın rəqibləri məlum oldu
Ağdamlıların qisası: "Qarabağ" necə Avropa Liqasının qrup mərhələsinə yüksəldi
"Qarabağ"dan möhtəşəm oyun və parlaq qələbə