Бакинский Олимпийский стадион, фото из архива - Sputnik Azərbaycan
İDMAN
Ölkənin və dünyanın idman həyatına dair məlumatlar

Azərbaycanlı idmançının növbəti uğuru

© AP Photo / Tim IrelandЛегкоатлет Рамиль Гулиев, фото из архива
Легкоатлет Рамиль Гулиев, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Bu yarışın qalibi məsafəni 19,67 saniyəyə qət edən amerikalı Noah Layls olub

BAKI, 31 avqust — Sputnik. Türkiyə millisinin heyətində çıxış edən azərbaycanlı yüngül atlet Ramil Quliyev növbəti dəfə medal qazanıb.

Sputnik Azərbaycan xəbər verir ki, soydaşımız İsveçrədə keçirilən və Almaz liqasının iki finalından biri olan Sürix Weiltklasse atletika yarışlarında 200 metr məsafəni 19,98 saniyəyə qət edərək gümüş medala layiq görülüb. Bu yarışın qalibi məsafəni 19,67 saniyəyə qət edən amerikalı Noah Layls olub.

Xatırladaq ki, Ramil Quliyev ötən ilin avqustunda Londonda 200 metr məsafəyə qaçış yarışında finişə 20,09 saniyəyə çataraq dünya çempionu adını qazanmışdı.

Xəbər lenti
0