Boks, arxiv şəkli

İdmançılarımız vətənə “əliboş” qayıdıb

15
(Yenilənib 20:10 28.08.2018)
Dünya çempionatında bütün idmançılarımız məğlub olub

BAKI, 28 avgust — Sputnik. Macarıstanın paytaxtı Budapeştdə gənc boksçular arasında dünya birinciliyində 1/4 final mərhələsi başa çatıb. Boks Federasiyasının mətbuat xidmətindən Sputnik Azərbaycan-a verilən məlumata görə, 65 ölkədən 359 idmançının qatıldığı mundialın bu mərhələsinin son günündə Azərbaycan millisinin 1 üzvü rinqə çıxıb.

Boksçularımızdan İsmayıl Yaqubov (91 kq) yarımfinala gedən yolda İqor Fedorovla (Rusiya) üz-üzə gəlib. Görüş rəqibin qələbəsi ilə yekunlaşıb. Nəticədə Yaqubov medalın bir addımlığında büdrəyərək, dünya birinciliyi ilə vidalaşıb.

Qeyd edək ki, yığmamız mundiala 6 idmançı ilə qatılmışdı.

15