İlham Əliyev, Azərbaycan Respublikasının Prezidenti

İlham Əliyev məşhur məşqçini təltif etdi

184
(Yenilənib 18:02 24.08.2018)
M.Timofeyev 2009-cu ildən Azərbaycanın stolüstü tennis üzrə yığma komandasının məşqçisidir

BAKI, 24 avqust — Sputnik. Prezident İlham Əliyev Mixail Timofeyevin “Tərəqqi” medalı ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.

Sputnik Azərbaycan xəbər verir ki, sərəncamla Azərbaycan Respublikasında idmanın inkişafındakı xidmətlərinə görə Mixail Valeryeviç Timofeyev “Tərəqqi” medalı ilə təltif edilib.

Qeyd edək ki, M.Timofeyev 2009-cu ildən Azərbaycanın stolüstü tennis üzrə yığma komandasının məşqçisidir.

184
Teqlər:
"Tərəqqi" medalı, təltif, məşqçi, sərəncam, Prezident İlham Əliyev