Бакинский Олимпийский стадион, фото из архива - Sputnik Azərbaycan
İDMAN
Ölkənin və dünyanın idman həyatına dair məlumatlar

Türk futbolunun yeni ulduzu İngiltərəyə transfer olub

© Photo : Instagram / syncaglarÇağlar Söyüncü
Çağlar Söyüncü - Sputnik Azərbaycan
Abunə olmaq
Bunun üçün Almaniyanın "Freiburg" klubuna 22,5 milyon funt sterlinq ödəniləcək

BAKI, 8 avqust — Sputnik. İngiltərə Premyer liqasının təmsilçisi "Lester" Türkiyə futbolunun yeni ulduzu Çağlar Söyüncünü transfer edib. Bu barədə Sputnik Azərbaycan "Son Dakika"ya istinadən xəbər verir.

Məlumata əsasən, İngiltərə təmsilçisi Söyüncünün oynadığı Almaniyanın "Freiburg" klubuna 22,5 milyon funt sterlinq ödəyəcək. Bu transferin həyata keçməsi ilə oyunçunun sabiq klubu "Altınordu" klubuna da bu məbləğin 25%-i ödəniləcək.

Qeyd edək ki, son iki mövsümdə Almaniya klubunda oynayan Söyüncü ümumilikdə "Freiburg" forması ilə 55 oyunda meydana çıxıb.

Xəbər lenti
0