Футбольный матч Карабах – ПАОК (Греция)

"Qarabağ" növbəti mərhələdə

167
(Yenilənib 23:26 01.08.2018)
Bu mərhələdə ağdamlıların rəqibi Belarusun BATE klubu olacaq

BAKI, 1 avqust — Sputnik. UEFA Çempionlar Liqasında II təsnifat mərhələsinin cavab görüşündə Ağdamın "Qarabağ" klubu Bakıda Albaniyanın "Kukes" klubu ilə qarşılaşıb.

Bu komandalar arasında Albaniyada keçirilən ilk görüş 0:0 hesabı ilə başa çatıb. Bugünkü oyunda isə "Qarabağ" daha fəal olub. 24-cü dəqiqədə Fraşerinin Emeqaraya qarşı qaydaları pozması "Kukes"in qapısına penalti təyin olunması ilə nəticələnib. Dani Kintana dəqiq zərbə ilə hesabı açıb — 1:0. Birinci hissə bu hesabla başa çatıb.

İkinci hissənin 53-cü dəqiqəsində "Qarabağ" daha bir 11-metrlik qazanıb. Lakin Emeqara bu şansdan istifadə edə bilməyib. 57-ci dəqiqədə isə yenə də Emeqaraya qarşı qaydaların pozulması qonaqların qapısına növbəti penalti təyin olunub. Dani Kintana bu dəfə də dəqi zərbə vurub — 2:0. 89-cu dəqiqədə Kintananın əvəzinə meydançaya çıxmış Con Delarj üçüncü topu vurub — 3:0. Oyun bu hesabla başa çatıb və "Qarabağ" növbəti mərhələyə adlayıb. 

Bu mərhələdə ağdamlıların rəqibi Belarusun BATE klubu olacaq.

167