Ağır atletika məşqləri. Arxiv şəkli

Avropa çempionatının bürünc medalı Bakıya gəlir

30
(Yenilənib 18:08 27.07.2018)
Əli Şükürlü Avropa bürüncünə sahib çıxdı

BAKI, 27 iyul — Sputnik. 22-29 iyul tarixlərində İtaliyanın Milan şəhərində keçirilən 15 və 17 yaşa qədər yeniyetmə oğlan və qızlar arasında ağır atletika üzrə Avropa birinciliyi davam edir. 40-a yaxın ölkədən 388 atletin (169 qız və 219 oğlan) iştirak etdiyi turnirdə Azərbaycan yığmasının üzvləri də körpücük üzərinə çıxacaqlar.

Sputnik Azərbaycan-ın Ağır Atletika Federasiyasının mətbuat xidmətindən verilən məlumata görə, millimizin daha iki üzvü – Əli Şükürlü və Əli Quliyev yaşı 15-ə qədər oğlanların mübarizəsində 94 kq çəki dərəcəsində qüvvələrini sınayıblar.

Əli Quliyev birdən qaldırma hərəkətində 112 kq nəticə ilə 4-cü, təkanla qaldırma hərəkətində isə 130 kq nəticə ilə 8-ci yeri tutub. Toplam 242 kq (112+130) nəticə göstərən atletimiz bu çəkinin yekun sıralamasında 6-cı yeri tutub.

Əli Şükürlü isə daha yaxşı çıxış edə bilib. O, birdən qaldırma hərəkətində 120 kq nəticə ilə bu hərəkətdə Avropa birinciliyinin bürünc medalına sahib çıxıb. Şükürlü eyni uğura təkanla qaldırma hərəkətində də nail ola bilib. O, 145 kq nəticə ilə bu hərəkətdə də bürünc medal qazanıb.

Toplam 265 kq (120+145) nəticə ilə Əli Şükürlü Avropa birinciliyində 94 kq çəki dərəcəsinin yekun sıralamasında da 3-cü yerə çıxaraq fəxri kürsüyə qalxmağı bacarıb.

30
Əlaqədar
Gimnastlarımızdan 4 qızıl, 2 gümüş və 2 bürünc medal
İdmançımız bürünc medal qazandı
Qadın güləşçilərimizdən 1 qızıl, 3 bürünc medal
Qədimi peşənin sahibi: “Bürünc səhvi bağışlamır”
Şərif Şərifov Olimpiadanın bürünc medalını qazandı