Футбольный матч Карабах – ПАОК (Греция)

"Qarabağ" klubunun fanatlarına şad xəbər

154
(Yenilənib 17:35 25.07.2018)
“Kukesi” - “Qarabağ” oyunu saat 21.00-da başlayacaq

BAKI, 25 iyul — Sputnik. “Qarabağ” futbol klubu bu gün Çempionlar Liqasınının 2-ci təsnifat mərhələsinin ilk oyunu çərçivəsində “Kukesi” (Albaniya) ilə keçiriləcək oyundan əvvəl bəyanat yayıb.

Sputnik Azərbaycan bildirir ki, klubun bəyanatında bunlar qeyd olunub:

“Məlum olduğu kimi, bu gün baş tutacaq “Kukesi” — “Qarabağ” matçının ölkəmizdə yayımlanması üçün heç bir telekanalımız qarşı tərəflə razılaşmayıb.

Azarkeşlərimizin istəyini nəzərə alan klub rəhbərliyimiz və sponsorumuz “AZƏRÇAY” yayım məsələsini öz üzərinə götürüb və Albaniya telekanalıyla danışıqlara başlayıb. Hazırda da danışıqlar davam edir, ilk mərhələdə baş tutan danışıqlar uğurlu alınıb. Saat 21:00-da başlayacaq matçın”Azərçay”ın sponsorluğu ilə ölkəmizdə yayımlanacağı gözlənilir.

Ətraflı məlumatı isə tam razılıq əldə olduqdan sonra sizlərlə paylaşacağıq”.

Qeyd edək ki, “Kukesi” — “Qarabağ” oyunu saat 21.00-da başlayacaq.

154
Əlaqədar
"Qarabağ"ın yeni transferinin adı açıqlandı
"Qarabağ" növbəti mərhələyə adladı
"Qarabağ" yeni mübarizəyə atılır
"Qarabağ" Çempionlar Liqasında mübarizəyə qələbə ilə başladı - VİDEO