Futbol üzrə dünya çempionatının rəsmi topu

DÇ-2018: Bu gün finaldır!

216
(Yenilənib 02:36 15.07.2018)
Final matçında Fransa və Xorvatiya yığmaları qarşılaşacaqlar

BAKI, 15 iyul — Sputnik. Bu gün Rusiyada keçirilən futbol üzrə dünya çempionatının finalıdır. Sputnik Azərbaycan xəbər verir ki, final matçında Fransa və Xorvatiya yığmaları qarşılaşacaqlar.

Hər iki komanda oynadıqları qrupu lider olaraq başa vurub. Fransızlar C qrupunda 2 qələbə, 1 heç-heçə ilə 7 xal toplayıblar. Xorvatlar isə D qrupunda hər üç oyunda qələbə çalaraq, 9 xal yığa biliblər.

Fransa 1/8 finalda Argentinanı, 1/4 finalda Uruqvayı, yarımfinalda isə Belçikanı məğlub edib. Xorvatlar isə 1/8 finalda Danimarkaya, 1/4 finalda Rusiyaya, yarımfinalda isə İngiltərəyə qalib gəliblər.

Fransa tarixi ərzində bir dəfə dünya çempionu olub. 1998-ci ildə Zinəddin Zidan, Tyeri Anri və komandanın hazırki baş məşqçisi Didye Deşamın lideri olduğu Fransa dünya çempionu titulunu  qazanıb. 2006-cı ildə isə Fransa finala çıxsa da, penaltilər seriyasında İtaliyaya uduzub.

Xorvatiya isə nəinki çempion olmayıb, hətta bu il tarixində ilk dəfə finala çıxıb. Komandanın ən yaxşı göstəricisi Fransanın çempion olduğu 1998-ci ildə 3-cü yer olub.

Final matçı Bakı vaxtı ilə saat 19:00-da başlayacaq.

216
Teqlər:
dünya çempionatı, Xorvatiya, Fransa, final, futbol
Mövzu:
Futbol üzrə dünya çempionatı (90)
Əlaqədar
DÇ-2018: Belçika dünya çempionatının üçüncüsü oldu
DÇ-2018: Yarımfinalın uğursuzları üçüncü yer uğrunda
DÇ-2018: Final argentinalıya tapşırıldı
DÇ-2018: İkinci finalçının adı məlum oldu
DÇ-2018: İkinci finalçının adı məlum olacaq