Futbol matçı

FİFA qərarını dəyişdi - 2022-ci ilin dünya çempionatı...

656
(Yenilənib 18:17 13.07.2018)
Bu qərarın yay aylarında Qətərdə hava temperaturunun futbolçu və azarkeşlərin sağlamlığına təhdid ola biləcəyi üçün verildiyi bildirilir

BAKI, 13 iyul — Sputnik. Beynəlxalq Futbol Federasiyaları Birliyi (FİFA) Qətərin ev sahibliyi edəcəyi 2022-ci il Dünya Çempionatının keçirilmə tarixini açıqlayıb. Sputnik Azərbaycan "Son Dakika"ya istinadən xəbər verir ki, futbol üzrə birincilik tarixdə ilk dəfə yay fəslində keçirilməyəcək.

FİFA İcraiyyə Komitəsinin qərarına əsasən, 2022-ci il Dünya Çempionatı noyabrın 21-i başlayıb, dekabrın 18-də bitəcək. 28 gün davam edəcək çempionatının final oyunu dekabrın 18-i, Qətərin Müstəqillik Günündə keçiriləcək.

Bu qərarın yay aylarında Qətərdə hava temperaturunun futbolçu və azarkeşlərin sağlamlığına təhdid ola biləcəyi üçün verildiyi bildirilir.

656
Teqlər:
noyabr, qış, FİFA, dünya çempionatı, Müstəqillik Günü, dəyişiklik, dekabr, Qətər
Rinat Rəhimxanovun rəhbərlik etdiyi alpinistlər qrupu Bazardüzünə yürüş edib

Alpinistlər hərbçilərimizə dəstək məqsədilə Azərbaycanın ən yüksək zirvəsinə qalxıblar

30
(Yenilənib 20:02 14.10.2020)
Azərbaycan çempionu, buzadırmanma üzrə yarışların beynəlxalq mükafatçısı Rinat Rəhimxanovun rəhbərlik etdiyi alpinistlər qrupu Bazardüzünə yürüş ediblər.

BAKI, 14 oktyabr — Sputnik, Kəmalə Əliyeva. Azərbaycanlı və xarici həvəskar alpinistlər Ermənistan tərəfindən işğal olunmuş Azərbaycan torpaqlarının azad edilməsi üzrə əks-hücum əməliyyatını həyata keçirən Azərbaycan Silahlı Qüvvələrinə dəstək məqsədilə "Explore Mountains" Bakı dağ klubunun təcrübəli bələdçilərinin rəhbərliyi altında Azərbaycanın ən yüksək zirvəsinə — Bazardüzünə yürüş ediblər.

Sputnik Azərbaycan xəbər verir ki, klubun nümayəndələri sosial şəbəkədəki səhifələrində zirvəyə qalxarkən çəkilmiş fotoları yerləşdiriblər.

View this post on Instagram

A post shared by Explore Mountains (@exploremountains_net) on

Qrup 14 nəfərdən ibarət olub. Onlardan üçü Fransa və Ukraynanı, qalanları isə Azərbaycanı, o cümlədən ölkənin Fövqəladə Hallar Nazirliyini təmsil ediblər. Qrupa dağaqalxma və buzaqalxma üzrə Azərbaycan çempionu, buzaqalxma üzrə yarışların beynəlxalq mükafatçısı Rinat Rəhimxanov rəhbərlik edib.

Alpinistlər 4466 metr hündürlüyə qalxıb, orada Azərbaycan bayrağını yüksəldib və Azərbaycan Ordusunun qəhrəmanlarının əks olunduğu tablonu nümayiş etdiriblər.

Yürüş Ermənistan tərəfindən işğal olunmuş Azərbaycan ərazilərinin azad edilməsi üzrə əks-hücum əməliyyatını həyata keçirən Azərbaycan hərbçilərinə dəstək məqsədilə, eləcə də Vətən uğrunda həlak olmuş şəhidlərin xatirəsini yad etmək üçün keçirilib.

30
Futbol üzrə Azərbaycan millisinin baş məşqçisi Canni De Byazi, arxiv şəkli

De Byazi söz verdi: Kiprlə daha yaxşı oynayacağıq

48
Azərbaycanın futbol millisinin baş məşqçisi Millətlər Liqasının qrup mərhələsinin növbəti oyunundan əvvəl komandasındakı kadr problemlərindən danışıb

BAKI, 12 oktyabr - Sputnik, Teymur Tuşiyev. Azərbaycanın futbol üzrə milli komandası Kiprlə oyununda Monteneqro ilə görüşdəkindən daha yaxşı oynayacaq. Sputnik Azərbaycan bildirir ki, bunu oyunöncəsi mətbuat konfransında Azərbaycan yığmasının baş məşqçisi Canni De Byazi deyib.

UEFA Millətlər Liqasının qrup mərhələsinin üçüncü turunda Azərbaycan millisi Monteneqroya səfərdə 2:0 uduzmuşdu. Yığmamız oktyabrın 13-də Albaniyanın Elbasan şəhərində Kiprlə üz-üzə gələcək. Oyun Bakı Olimpiya Stadionunda baş tutmalı olsa da, Ermənistanın Azərbaycanın yaşayış məntəqələrini atəşə tutması səbəbindən neytral sahəyə köçürülüb.  

İtalyan mütəxəssis hesab edir ki, öncəki matçda yetirmələri öz səhvləri ucbatından uduzublar.

“Kiprlə oyunda Podqoritsadakından daha yaxşı oynamağa çalışacağıq. Həmin oyun, əlbəttə ki, başqa cür bitə bilərdi, amma iki qol buraxdıq, üstəlik, bunda öz səhvimiz vardı”, - De Byazi deyib.

Bundan başqa o, Azərbaycan millisindəki kadr problemlərini də dilə gətirib. Belə ki, Kiprlə oyunda kapitan Maksim Medvedev oyuna çıxmayacaq, səbəbi isə travma almasıdır. Təmkin Xəlilzadənin də oyunda iştirakı sual altındadır. O, ehtiyat oyunçular sırasında yer alacaq, əgər durumu imkan versə, əvəzlənməyə çıxacaq.

Əvvəlki oyundan fərqli olaraq, milliləşdirilmiş İran əsilli futbolçu Əli Qurbani start heyətinə düşməyə bilər. Bundan başqa, De Byazi yetirmələrinin Monteneqrodakı oyundan bir qədər fərqli taktika nümayiş etdirə biləcəklərinə də eyham vurub.

Azərbaycanla Kipr sabah Bakı vaxtı ilə 20:00-da qarşılaşacaqlar. Bu komandaların Nikosiyada baş tutan ilk görüşü millimizin minimal hesablı qələbəsi ilə bitmişdi.

48
Teqlər:
mətbuat konfransı, Canni de Byazi, UEFA Millətlər Liqası, Kipr, Azərbaycan milli komandası, milli komanda, Azərbaycan, futbol
Əlaqədar
Millimiz Kiprlə oyuna qara sarğıda çıxacaq
Rusiya ilə Türkiyə sülhlə ayrıldılar
“Bütün gəncəlilər kimi, biz də şəhərdə qalırıq” – “Kəpəz”in baş məşqçisi
Almaniya millisinin futbolçuları Millətlər Liqasında Ukrayna yığmasına qalib gəldilər
Macarıstan Serbiyaya qalib gəldi
Azərbaycan Respublikası Müdafiə Nazirliyinin binası

MN: Qubadlı-Zəngilan istiqamətində döyüşlər davam edir

53
(Yenilənib 08:04 20.10.2020)
Fizuli rayonu istiqamətində əks-hücuma keçən düşmən bölmələrindən birinin 30 nəfər şəxsi heyəti Azərbaycan Ordusunun atəşi nəticəsində darmadağın edilib.

BAKI, 20 oktyabr - Sputnik. Oktyabrın 19-u gün ərzində və 20-ə keçən gecə cəbhənin Ağdərə-Ağdam, Füzuli-Hadrut-Cəbrayıl və Qubadlı-Zəngilan istiqamətlərində müqavimət göstərməyə cəhd edən düşmənə qarşı döyüş əməliyyatları müxtəlif intensivliklə davam edib. Düşmən müdafiə mövqelərimizi atıcı silahlar, minaatanlar və toplardan atəşə tutub. Bu barədə Sputnik Azərbaycan Müdafiə Nazirliyinə istinadən məlumat verir.

Azərbaycan Ordusu tərəfindən həyata keçirilən fəaliyyətlər nəticəsində cəbhənin müxtəlif istiqamətlərində düşmənin canlı qüvvəsi, 2 ədəd T-72 tankı, 4 ədəd BM-21 “Qrad” YARS, 1 ədəd D-30 haubitsa topu və 5 ədəd avtomobil texnikası məhv edilib və sıradan çıxarılıb.

Qoşunlarımız bütün cəbhə boyu əməliyyat şəraitinə nəzarət edir.

Eyni zamanda məlum olub ki, Azərbaycan Ordusunun endirdiyi artilleriya zərbələri nəticəsində Ermənistan silahlı qüvvələrinin 1-ci motoatıcı alayının müdafiə sahəsində düşmən bölmələrinin şəxsi heyəti arasında çoxlu sayda ölən və yaralanan olub. Alayın 1-ci motoatıcı taborunun şəxsi heyəti və döyüş texnikası tamamilə sıradan çıxarılıb. Alay komandirinin müavini Hovik Melkumyan, digər vəzifəli şəxs Qor Mirzoyan, həmçinin alayın müdafiə zolağında mövqe tutan xüsusi təyinatlı bölmənin komandiri kapitan Vahab Asetryan da zərərsizləşdirilib.

Azərbaycan Ordusunun həyata keçirdiyi tədbirlər nəticəsində 2-ci motoatıcı alayın müdafiə sahəsində düşmənin bir bölməsi döyüş mövqelərini tərk edərək geri çəkilib.

5-ci motoatıcı alayın müdafiə sahəsində düşmən bölmələrinin şəxsi heyəti arasında çoxlu sayda ölən və yaralanan var. Yaralılar arasında bölük komandiri Norik Ağakelyanın da olduğu bildirilir.

Prezident İlham Əliyev, arxiv şəkli
© Official website of President of Azerbaijan Republic

18-ci motoatıcı diviziyasının müdafiə zolağında yerləşdirilən muzdlulardan ibarət “Legion” dəstəsi və ehtiyatdan çağırılmış hərbi vəzifəlilər döyüşlərdə iştirak etməkdən imtina edib. Məlum olub ki, ağır itkilərə məruz qalan bu dəstələr onlara tapşırılmış müdafiə sahələrində tab gətirməyərək kütləvi şəkildə fərarilik edir.

Bundan əlavə, 10-cu dağatıcı diviziyanın müdafiə zolağına gətirilmiş kəşfiyyat bölüyü də canlı qüvvə baxımından itkilərə məruz qalıb. Şəxsi heyətin üçdə ikisini itirən bölmə mövqeləri ataraq geri çəkilməyə məcbur edilib.

Fizuli rayonu istiqamətində əks-hücuma keçən düşmən bölmələrindən birinin 30 nəfər şəxsi heyəti Azərbaycan Ordusunun atəşi nəticəsində darmadağın edilib.

246-ci alayın müdafiə sahəsində alay komandiri polkovnik Tatul Ğazaryan, alay komandirinin müavini Armen Ohanyan və 3-cü taborun komandiri də xüsusi tədbirlər nəticəsində zərərsizləşdirlib.

53
Teqlər:
Müdafiə Nazirliyi, Zəngilan, Qubadlı, erməni təxribatı
Mövzu:
Azərbaycan və Ermənistan arasında müharibə