Бакинский Олимпийский стадион, фото из архива - Sputnik Azərbaycan
İDMAN
Ölkənin və dünyanın idman həyatına dair məlumatlar

Kriştianu Ronaldu vida məktubu yazdı

© sport.kazanfirst.ruKriştiano Ronaldu
Kriştiano Ronaldu - Sputnik Azərbaycan
Abunə olmaq
"Hər kəsdən, xüsusilə azarkeşlərimdən məni anlamalarını xahiş edirəm"

BAKI, 11 iyul — Sputnik. İspaniyanın "Real Madrid" klubundan İtaliyanın "Yuventus" klubuna keçən məşhur futbolçu Kriştianu Ronaldu vida məktubu yazıb. Sputnik Azərbaycan xəbər verir ki, "Real Madrid"in saytında yayımlanan məktubda Ronaldu yazıb:

"Real Madrid"dəki fəaliyyətim həyatımın ən yaxşı dönəmi oldu. Məni dəstəkləyənlərə, azarkeşlərimə təşəkkür edirəm. Həyatda yeni səhifə açmağın zamanı gədi və bu səbəbdən klubdan transfer olmağımı xahiş etdim. Hər kəsdən, xüsusilə azarkeşlərimdən məni anlamalarını xahiş edirəm.

"Real Madridd"ə gözəl günlər və oyunlar keçirdim. Bu klub mənim karyeramda əvəzsiz rol oynayır. Heç vaxt unutmayacağam".

Xəbər lenti
0