Futbol. DÇ-2018. Qapıya vurulan qol epizodu

DÇ-2018: İkinci finalçının adı məlum olacaq

57
(Yenilənib 01:03 11.07.2018)
Oyun Bakı vaxtı ilə saat 22:00-da başlayacaq və Moskvanın "Lujniki" stadionunda baş tutacaq.

BAKI, 11 iyul — Sputnik. Rusiyada keçirilən futbol üzrə dünya çempionatında ikinci yarımfinal oyunu keçiriləcək. Sputnik Azərbaycan xəbər verir ki, ikinci yarımfinalda İngiltərə və Xorvatiya yığmaları qarşılaşacaq.

Mübarizəyə G qrupunda başlayan İngiltərə 1/8 finalda Kolumbiyanı, 1/4 finalda isə İsveçi məğlub edib. Qrup mərhələsində D qrupunda lider olan Xorvatiya isə 1/8 və 1/4 finalda müvafiq olaraq Danimarka və Rusiyanı məğlubiyyətə uğradıb.

İngiltərə yığması tarixində bir dəfə — 1966-cı ildə çempion olub. Xorvatiya isə ilk dəfə finala çıxa bilər.

Oyun Bakı vaxtı ilə saat 22:00-da başlayacaq və Moskvanın "Lujniki" stadionunda baş tutacaq.

Oyunu türkiyəli referi Cüneyt Çakırın başçılıq etdiyi hakimlər briqadası idarə edəcək.

57
Teqlər:
İngiltərə, Xorvatiya, final, yarımfinal, dünya çempionatı, futbol
Mövzu:
Futbol üzrə dünya çempionatı (90)
Əlaqədar
DÇ-2018: İlk finalçı məlum oldu
DÇ-2018: Bu gün ilk finalçı müəyyənləşəcək
DÇ-2018: Rusiya Xorvatiya səddini keçə bilmədi
DÇ-2018: Üçüncü yarımfinalçı da məlum oldu
DÇ-2018: Yarımfinalda oynayacaq daha 2 komanda hansılar olacaq?