Бакинский Олимпийский стадион, фото из архива - Sputnik Azərbaycan
İDMAN
Ölkənin və dünyanın idman həyatına dair məlumatlar

Ronaldu “Real”ı tərk etdi, “Yuventus”a keçdi

© Sputnik / Grigory Sysoyev / Mediabanka keçidPortuqaliya yığmasının hücumçusu Kriştianu Ronaldu
Portuqaliya yığmasının hücumçusu Kriştianu Ronaldu - Sputnik Azərbaycan
Abunə olmaq
“Real”ın saytında 33 yaşlı portuqaliyalı hücumçunun İtaliyanın "Yuventus" klubuna keçidini təsdiqlənib

BAKI, 10 iyul — Sputnik. İspaniyanın "Real Madrid" klubunun ulduzu, portuqaliyalı Kriştianu Ronaldu komandanı tərk edib.

Sputnik Azərbaycan xəbər verir ki, artıq “Real”ın saytında 33 yaşlı portuqaliyalı hücumçunun İtaliyanın "Yuventus" klubuna keçidini təsdiqlənib.

Saytda qeyd edilir ki, Kriştianu Ronaldunun istəyi və arzusu ilə “Yuventus”a keçməsinə icazə verilib. “Real Madrid” Ronalduya təşəkkür edib və onu dünyanın ən yaxşı futbolçusu adlandırıb.

Qeyd edək ki, Ronaldu 2009-cu ildən "Real Madrid"də çıxış edir. O, bu müddət ərzində 438 oyunda 451 qol vurub, 16 titul qazanıb. Ronaldu “Real”ın heyətində 4 dəfə “Qızıl top” qzanıb.

Xəbər lenti
0