Futbol. DÇ-2018. Rusiya - Xorvatiya oyunu

DÇ-2018: Rusiya Xorvatiya səddini keçə bilmədi

752
(Yenilənib 10:54 08.07.2018)
On bir metrlik penalti zərbələrində xorvatlar dəqiq olublar - 4:3

BAKI, 8 iyul — Sputnik. Rusiyada keçirilən futbol üzrə dünya çempionatında 1/4 final mərhələsinin daha sonuncu oyunu baş tutub. Sputnik Azərbaycan xəbər verir ki, Rusiya və Xorvatiya milliləri arasındakı oyunu çempionatın ən dramatik oyunu hesab etmək olar.

Hesabı 31-ci dəqiqədə Rusiya yığmasının oyunçusu Denıs Çerışev açıb. Cəmi 8 dəqiqə sonra Andrey Kramariç hesabı bərabərləşdirib. Oyunun əsas vaxtı bu hesabla başa çatıb.

Əlavə olunan vaxtın 11-ci dəqiqəsində Domaqoy Vida xorvatları hesabda irəli çıxarıb. Amma məğlubiyyətlə barışmayan ruslar 115-ci dəqiqədə hesabı bərabərləşdiriblər. Qolu Mario Fernandes vurub.

On bir metrlik penalti zərbələrində xorvatlar dəqiq olublar — 4:3.  Yarımfinalda Xorvatiya millisini İngiltərə yığması gözləyir.

752
Teqlər:
1/4 final, dünya çempionatı, Xorvatiya, Rusiya, yarımfinal, futbol
Mövzu:
Futbol üzrə dünya çempionatı (90)
Əlaqədar
DÇ-2018: Üçüncü yarımfinalçı da məlum oldu
DÇ-2018: Yarımfinalda oynayacaq daha 2 komanda hansılar olacaq?
DÇ-2018: Braziliya əfsanəsi bitdi
DÇ-2018: İlk yarımfinalçı bəlli oldu
DÇ-2018: Bu gün ilk yarımfinalçılar məlum olacaq