Futbol. DÇ-2018. Braziliya - Belçika oyunu

DÇ-2018: Braziliya əfsanəsi bitdi

91
(Yenilənib 00:05 07.07.2018)
İlk yarımfinalda Fransa və Belçika qarşılaşacaq

BAKI, 6 iyul — Sputnik. Rusiyada keçirilən futbol üzrə dünya çempionatında daha bir 1/4 final görüşü baş tutub. Sputnik Azərbaycan xəbər verir ki, Braziliya və Belçika milliləri növbəti yarımfinalçını müəyyən ediblər.

Kifayət qədər gərgin keçən görüşdə belçikalılar əvvəlki qələbələrinin təsadüfi olmadığını bir daha sübut ediblər. Oyun 2:1 hesabı ilə Avropa təmsilçilərinin xeyrinə başa çatıb. Bununla da, Braziliya əfsanəsinə son qoyulub.

Bu oyundan sonra dünya çempionatında ancaq Avropa təmsilçiləri qalıb və növbəti dünya çempionu da Avropa komandası olacaq.

Xatırladaq ki, birinci 1/4 final oyununda Fransa yığması Uruqvay üzərində 2:0 hesablı qələbə qazanıb. İlk yarımfinalda Fransa və Belçika qarşılaşacaq.

91
Teqlər:
1/4 final, dünya çempionatı, Braziliya, Belçika, yarımfinal, futbol
Mövzu:
Futbol üzrə dünya çempionatı (90)
Əlaqədar
DÇ-2018: İlk yarımfinalçı bəlli oldu
DÇ-2018: Bu gün ilk yarımfinalçılar məlum olacaq
DÇ-2018: Dünya çempionatında uduzan oyunçular ölümlə hədələndi
DÇ-2018: Sonuncu cütlük də müəyyən olundu
DÇ-2018: Skandinaviya təmsilçisinin uğuru