Бакинский Олимпийский стадион, фото из архива - Sputnik Azərbaycan
İDMAN
Ölkənin və dünyanın idman həyatına dair məlumatlar

"Qarabağ" daha bir oyunçunu heyətinə qatdı - FOTO

© Sputnik / Murad Orujov“Карабах” сыграл вничью со “Слованом”
“Карабах” сыграл вничью со “Слованом” - Sputnik Azərbaycan
Abunə olmaq
Klub braziliyalı qolkiper Vaqner da Silva ilə müqavilə imzalayıb

BAKI, 6 iyul — Sputnik. “Qarabağ” futbol klubunda yeni mövsüm üçün hazırlıqlar davam edir.

Sputnik Azərbaycan “Qarabağ” klubunun facebook səhifəsinə istinadən xəbər verir ki, klub daha bir futbolçu transfer edib. Məlumata görə, klub  braziliyalı qolkiper Vaqner da Silva ilə müqavilə imzalayıb. 32 yaşlı qolkiper müqavilə üzrə Belçika "Muskron"una məxsus olsa da, 2017-ci ilin yanvarından icarə əsasında Portuqaliya "Boavişta"sında çıxış edib.

Qeyd edək ki, "Qarabağ" bir neçə gün öncə qapıçı mövqeyinə Danimarka "Randers"indən İslandiya millisinin üzvü Hannes Tur Halldorssonu transfer edib.

 https://www.facebook.com/FKQarabagh/

Xəbər lenti
0