DÇ-2018, Fransa yığması Uruqvayla oyuna hazırlaşır

DÇ-2018: Bu gün ilk yarımfinalçılar məlum olacaq

68
(Yenilənib 04:36 06.07.2018)
Futbol üzrə dünya çempionatında bu gün iki görüş olacaq

BAKI, 6 iyul — Sputnik. Bu gün futbol üzrə dünya çempionatında ilk 1/4 final oyunları keçiriləcək.

İlk olaraq Bakı vaxtı ilə saat 18.00-da Uruqvay və Fransa milliləri üz-üzə gələcəklər. Oyun Nijni Novqorod şəhərində keçiriləcək.

Xatırladaq ki, Fransa 1/8 finalda Argentinaya, Uruqvay isə Portuqaliyaya qalib gəlib. Fransızlar sonuncu dəfə yarımfinalda 2006-cı, Uruqvay isə 2010-cu ildə oynayıb.

Günün digər qarşılaşması Braziliya və Belçika yığmaları arasında olacaq. Bu millilər yarımfinal uğrunda oyunu Kazanda keçirəcəklər. Görüş 22.00-da başlayacaq.

Braziliya 1/8 finalda Meksikaya, Belçika isə Yaponiyaya qalib gəlib. Braziliyalılar sonuncu dəfə yarımfinalda 2014-cü, belçikalılar isə 1986-cı ildə oynayıblar.

68
Mövzu:
Futbol üzrə dünya çempionatı (90)
Əlaqədar
DÇ-2018: Dünya çempionatında uduzan oyunçular ölümlə hədələndi
DÇ-2018: Sonuncu cütlük də müəyyən olundu
DÇ-2018: Skandinaviya təmsilçisinin uğuru
DÇ-2018: 1/4 finala son 2 vəsiqənin sahibi kimlər olacaq