Futbol. DÇ-2018. Belçika - Yaponiya oyunu

DÇ-2018: Belçikadan möhtəşəm geri dönüş

82
(Yenilənib 00:16 03.07.2018)
Qeyd edək ki, Belçika yığması 1/4 finalda çempionatın favoritlərindən sayılan Braziliya millisi ilə qarşılaşacaq

BAKI, 3 iyul — Sputnik. Rusiyada davam edən futbol üzrə dünya çempionatında daha bir 1/4 final iştirakçısı müəyyənləşib. Sputnik Azərbaycan xəbər verir ki, Belçika yığması əzmkar qələbə qazanaraq, növbəti mərhələyə vəsiqə qazanıb.

Belçikanın qarşılaşdığı Yaponiya millisi oyuna yaxşı başlayaraq, 2:0 hesabı ilə irəli çıxıb. Lakin belçikalılar yüksək səviyyəli komanda və çempion tituluna namizədlərdən biri olduqlarını sübuta yetiriblər. 20 dəqiqə ərzində vurulan 3 qol avropalılara 3:2 hesablı qələbə gətirib.

Qeyd edək ki, Belçika yığması 1/4 finalda çempionatın favoritlərindən sayılan Braziliya millisi ilə qarşılaşacaqlar.  

82
Teqlər:
Yaponiya, Belçika, 1/4 final, dünya çempionatı, futbol
Mövzu:
Futbol üzrə dünya çempionatı (90)
Əlaqədar
DÇ-2018: Neymar möcüzəsi davam edir
DÇ-2018: Rusiya millisinin rəqibi məlum oldu
DÇ-2018: İspaniya Rusiya səddini aşa bilmədi
DÇ-2018: Bu gün bizi hansı oyunlar gözləyir
DÇ-2018: Daha bir superulduzun komandası çempionatı tərk etdi