Futbol. DÇ-2018. Braziliya - Meksika oyunu

DÇ-2018: Neymar möcüzəsi davam edir

84
(Yenilənib 20:06 02.07.2018)
Samboçuların rəqibi Belçika – Yaponiya qarşılaşmasının qalibi olacaq

BAKI, 2 iyul — Sputnik. DÇ-2018: Neymar möcüzəsi davam edir

Rusiyada keçirilən futbol üzrə dünya çempionatında daha bir 1/8 final oyunu baş tutub. Sputnik Azərbaycan xəbər verir ki, Braziliya yığması Meksika millisini sınağa çəkib.

Qarşılıqlı hücum şəraitində davam edən qarşılaşmada braziliyalılar güclü olublar. Braziliyalılar 51-ci dəqiqədə komandanın lideri Neymarın zərbəsi ilə önə keçiblər. 88-ci dəqiqədə isə Roberto Firmino braziliyalıların daha bir qoluna imza atıb. Qeyd edək ki, Neymar bu qolun da vurulmasında bilavasitə iştirak edərək, məhsuldar ötürmə edib.

Beləliklə, Braziliya yığması 1/4 finalda oynamaq hüququ qazanıb. Samboçuların rəqibi Belçika – Yaponiya qarşılaşmasının qalibi olacaq.

84
Teqlər:
1/4 final, 1/8 final, dünya çempionatı, Meksika, Braziliya, Neymar, futbol
Mövzu:
Futbol üzrə dünya çempionatı (90)
Əlaqədar
DÇ-2018: Rusiya millisinin rəqibi məlum oldu
DÇ-2018: İspaniya Rusiya səddini aşa bilmədi
DÇ-2018: Bu gün bizi hansı oyunlar gözləyir
DÇ-2018: Daha bir superulduzun komandası çempionatı tərk etdi
DÇ-2018: İlk 1/4 finalçı məlum oldu