Karate yarışları, arxiv şəkli

Karateçilərimizi daha bir sınaq gözləyir

27
İdmançılar Xorvatiyada qələbə uğrunda mübarizə aparacaqlar

BAKI, 2 iyul — Sputnik. Seçmə komandanın üzvləri Xəqan Həsənov (-61 kq), Bəxtiyar Rzayev (-68 kq), Musa Sarızadə (+68 kq), Mədinə Sadıqova (-53 kq) və Səma İmanzadə (-59 kq) Olimpiya təsnifat turnirində yüksək nəticə əldə edə bilməyiblər. X.Həsənov və M.Sadıqova olimpiya lisenziyası qazanmağa yaxın olsa da, son anda nəticə uğursuz alınıb.

Rafael Ağayev (-75 kq) Fransanın paytaxtı Parisdə Premyer liqa turnirində
© Photo : AMKF mətbuat xidməti

Sputnik Azərbaycan Karate Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, Xorvatiyanın Umaq şəhərində yeniyetmələr arasında ilk olimpiya təsnifat turnirinin yalnız finalçıları bu ilin oktyabrında Argentinanın paytaxtı Buenos Ayresdə Yeniyetmələrin Olimpiya Oyunlarına lisenziya qazanıb. Məsul yarışda 84 ölkədən 325 idmançı mübarizə aparıb.

Beynəlxalq hakim, federasiyanın hakimlər komitəsinin sədri Cahangir Babayev Olimpiya təsnifat turnirinin ən yaxşı hakimi elan edilib. Milli komandanın məşqçiləri, əməkdar məşqçilər Şahin Xudaverdiyev, Anar Allahverdiyev və Qurban Tağıyev Xorvatiyada WKF-in Məşqçilər komitəsinin imtahanından uğurla keçərək məşqçilik lisenziyasının müddətini artırıblar.

Təsnifat yarışına yollanan heyət daha bir neçə idmançımızla birgə 12-21 yaşlı karateçilər arasında 68 ölkədən 1340 idmançının iştirakı ilə Uşaq, Yeniyetmə və Gənclərin Kubok turnirinə qatılacaq. Adları qeyd edilən idmançılardan başqa bu yarışlarda Fərid Ağayev (-52 kq), Tale Yaqubov (-63kq), Hümmət Baxşəliyev (-61 kq), Elcan Məmmədrzayev (-60 kq), Hüseyn Əliyev (-67 kq), Murad Hacızadə (+84 kq), Roman Heydərov (kata), Fidan Dadaşova (-54 kq) və Fidan Teymurova (-51 kq) iştirak edəcək.

Turnirin ardından bir sıra paytaxt və region klublarının yetirmələri Umaqda Dünya Karate Federasiyasının (WKF) Gənclər liqa yarışında özlərini sınayacaq. Hər iki yarışa bir yerdə 74 ölkədən 1874 gənc idmançılar gələcək. Beynəlxalq hakim Vüqar Kərimov bu yarışların hakimləri arasında olacaq.

27
Teqlər:
uğur, mübarizə, komanda, karate
Əlaqədar
Karatenin "brilyantı" məğlub oldu
Milli Karate Federasiyası söz-söhbətə son qoydu
Bakıda "Karate günü" keçirilib
Karateçimiz beşinci dəfə dünya çempionu oldu
Azərbaycanlı karateçi erməni rəqibini məğlub etdi
Makkabi - Qarabağ oyunu

"Qarabağ" qrup mərhələsinin ilk matçında məğlub oldu

31
(Yenilənib 10:23 23.10.2020)
I qrupunun digər matçında "Vilyarreal" İspaniyada Türkiyə "Sivasspor"unu qəbul edib. Görüş məhsuldar keçib və ispanların 5:3 hesablı qələbəsi ilə başa çatıb.

BAKI, 23 oktyabr - Sputnik. UEFA Avropa Liqasının qrup mərhələsində ilk turun oyunları keçirilib.

Ağdamın "Qarabağ" klubu Avropa Liqasının qrup mərhələsində mübarizəyə başlayıb.

Dalbadal 7-ci dəfə avrokubokların qrupunda çıxış edən Qurban Qurbanovun yetirmələri İsraildə Təl-Əvivin “Makkabi” komandası ilə görüşüb. I qrupunun I turu çərçivəsində keçirilən görüşdə hesab 10-cu dəqiqədə açılıb. Yonatan Kohen "Makkabi"ni irəli çıxarıb - 1:0. Birinci hissə bu hesabla bitib.

İkinci hissədə də "Qarabağ" buraxılmış qolun əvəzini çıxa bilməyib. Oyun minimal hesabla israillilərin xeyrinə başa çatıb. 

I qrupunun digər matçında "Vilyarreal" İspaniyada Türkiyə "Sivasspor"unu qəbul edib. Görüş məhsuldar keçib. Oyun ispanların 5:3 hesablı qələbəsi ilə qurtarıb.

II turun oyunları oktyabrın 29-da keçiriləcək. “Qarabağ” ilk ev görüşündə İspaniya təmsilçisi “Vilyarreal”la üz-üzə gələcək. Matç Türkiyədəki "Başakşehir Fatih Terim" stadionunda olacaq.

31
Qarabağ - Legiya matçı

Türkiyə "Qarabağ"a qucaq açdı

37
(Yenilənib 20:24 22.10.2020)
Qardaş ölkə təmsilçiləri klubumuzun məktubuna "Stadionumuz hər zaman "Qarabağ"ın xidmətindədir" cavabını göndərib

BAKI, 22 oktyabr - Sputnik. Avropa Liqasının qrup mərhələsində Azərbaycan çempionu "Qarabağ"ın İspaniyanın "Vilyarreal" komandası ilə qarşılaşacağı meydan bəlli olub.

Sputnik Azərbaycan bildirir ki, bu barədə "Qarabağ" klubunun yaydığı açıqlamada deyilir.

Vurğulanır ki, hazırda ölkəmizin bütün cəbhəboyu əks-hücum əməliyyatları uğurla davam edir və ölkəmizdə hərbi vəziyyət elan edilib. İki gün öncə UEFA İcraiyyə Komitəsi ölkəmizdə vəziyyəti nəzərə alaraq, "Qarabağ"ımızın qrup mərhələsində ilk ev oyununu neytral meydanda keçirilməsi ilə bağlı qərar qəbul edib. Və "Vilyarreal"la matçının hansı ölkədə keçirilməsi ilə bağlı UEFA tərəfindən bir neçə ölkə klubumuza təqdim edilmişdir.

"Lakin həmin ölkələrdə klubumuzun təhlükəsizliyi, klubumuza qarşı hər hansı bir təxribat olması ehtimalı və digər məsələləri nəzərə alan klubumuz tərəfindən anında UEFA-ya məlumat verilib və "Vilyarreal"la matçın hər zaman öz dəstəyi ilə yanımızda olan Türkiyədə keçirilməsi üçün tutarlı əsaslarla müraciət göndərilib və bu müraciət UEFA tərəfindən müsbət qarşılanıb.

Ali futbol qurumunun tələbi ilə qarşılaşma bu mövsüm avrokuboklarda ev sahibliyi etmiş stadionda keçirilməlidir. Bununla bağlı qardaş Türkiyə təmsilçilərinə klubumuz tərəfindən məktub ünvanlanıb. Və qardaş ölkə təmsilçiləri klubumuzun məktubuna "Stadionumuz hər zaman "Qarabağ"ın xidmətindədir" cavabını göndərib. Başda "Qalatasaray" olmaqla, öz dəstəyini əsirgəməyən qardaş ölkə təmsilçilərinə təşəkkür edirik.

Hazırda Çempionlar Liqasının qrup mərhələsində iştirak edən "İstanbul Başakşehir" klubunun stadionu isə texniki cəhətdən UEFA-nın tam təmin olunduğuna görə "Qarabağ"ımız "Vilyarreal"la ev matçını məhz "Başakşehir"in Fatih Terim adına stadionunda keçirəcək", - açıqlamada deyilir.

"Qarabağ" Futbol Klubu "Başakşehir" klubuna könüldən göstərdiyi dəstəyə görə təşəkkürünü bildirib.

37
Teqlər:
Türkiyə, qrup mərhələsi, Avropa Liqası, "Qarabağ" FK, futbol
Əlaqədar
Qurban Qurbanov: “Fikrimiz Azərbaycan əsgərlərinin yanındadır”
"Qarabağ" qardaş Türkiyəni seçdi
Yaşıl sahənin adamı: "Gün gələcək, Şuşada Avropa çempionatı keçirəcəyik"
Dünya futbolunun türk ulduzu Azərbaycana dəstəyini ifadə etdi
UEFA rəhbəri: "Ümid edirəm ki, Qarabağdakı münaqişə tezliklə sülh yolu ilə həll ediləcək"
Meşə yanğını, arxiv şəkli

Yanğınsöndürənlərimiz Ermənistanın ekoloji terrorunu minimuma endirməyə çalışır - Hacıyev

0
Xoşbəxtlikdən, dinc əhali arasında itkilər yoxdurXoşbəxtlikdən, dinc əhali arasında itkilər yoxdurXoşbəxtlikdən, dinc əhali arasında itkilər yoxdur

Eldar Tanrıverdiyev, Sputnik Azərbaycan

BAKI, 26 oktyabr — Sputnik. "Ermənistan silahlı qüvvələri humanitar atəşkəs rejimini kobudcasına pozaraq Azərbaycanın Daşkəsən rayonuna hücum ediblər".

Sputnik Azərbaycan xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev öz "Twitter" hesabında yazıb.

"Ermənistan silahlı qüvvələri humanitar atəşkəs rejimini kobudcasına pozaraq Azərbaycanın Daşkəsən rayonuna hücum ediblər Meşədə yanğın başlayıb. Yanğınsöndürənlər yanğını söndürmək və Ermənistanın ekoloji terrorunu minimuma endirməyə çalışır. Xoşbəxtlikdən, dinc əhali arasında itkilər yoxdur", - deyə Hikmət Hacıyev bildirib.
0