Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Bu gün dünya çempionatında nələr olacaq?

© Sputnik / Aleksey Malgavko / Mediabanka keçidDÇ-2018, Yaponiya futbolçuları Belçika ilə oyuna hazırlaşırlar
DÇ-2018, Yaponiya futbolçuları Belçika ilə oyuna hazırlaşırlar - Sputnik Azərbaycan
Abunə olmaq
Bu gün futbol üzrə 1/4 finalın növbəti cütlüyü müəyyən ediləcək

BAKI, 2 iyul — Sputnik. Rusiyada keçirilən futbol üzrə dünya çempionatında 1/8 finalın oyunları davam edir.

Sputnik Azərbaycan-ın xəbərinə görə, bu gün Bakı vaxtı ilə saat 18.00-da Samarada Braziliya və Meksika milliləri üz-üzə gələcəklər. Braziliya E qrupunu birinci, Meksika isə F qrupunu ikinci yerdə başa vurub. 

Bu komandalar arasında təbii 5 qat dünya çempionları olan braziliyalılar üstün sayılırlar. Lakin meksikalılar 1999-cu ildə Braziliyaya 4:3 hesabı ilə qalib gələrək qazandıqları Konfederasiya Kubokunun final matçını xatırlaya bilərlər. Həmçinin Meksika Avropa və Cənubi Amerikanı təmsil etməyərək dünya çempionatlarının final mərhələsində Braziliyaya uduzmayan ilk və yüganə komandadır. Meksikalıların dünya çempionatları tarixində ən böyük nailiyyətləri 1986-cı ildəki 1/4 finaldır. 1994-cü ildən başlayaraq isə onlar stabil olaraq 1/8 finalda məğlub olurlar. 

Футбол. ЧМ-2018. Матч Республика Корея - Мексика - Sputnik Azərbaycan
İDMAN
DÇ-2018: Meksika rəqiblərinə aman vermir

Günün digər 1/8 final oyunu saat 22.00-da Rostovda başlayacaq. Burada Belçika və Yaponiya milliləri qüvvələrni sınayacaqlar. Belçika G qrupunu birinci, Yaponiya isə H qrupunu ikinci yerdə başa vurub. 

Belçika yığmasının dünya çempionatları tarixində ən böyük nailiyyəti 1986-cı ildəki dördüncü yerdir. Yaponiya millisinin dünya çempionatlarındakı uğurları isə daha azdır. Onlar 2002 və 2010-cu illərdə 1/8 finaladək çıxa biliblər. 

Qeyd edək ki, bu millilərin 2002-ci ildə qrup mərhələsindəki görüşü 2:2 hesabı ilə başa çatıb.

Xəbər lenti
0