Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

DÇ-2018: Bu gün bizi hansı oyunlar gözləyir

© Виталий Белоусов / Mediabanka keçidDÇ-2018, İspaniyalı futbolçular Rusiya ilə oyuna hazırlaşırlar
DÇ-2018, İspaniyalı futbolçular Rusiya ilə oyuna hazırlaşırlar - Sputnik Azərbaycan
Abunə olmaq
Bu gün futbol üzrə dünya çempionatında meydana çıxacaq 4 komandanın hamısı Avropa təmsilçisi olacaq

BAKI, 1 iyul — Sputnik. Rusiyada keçirilən dünya çempionatında bu gün 1/8 finalın növbəti oyunları keçiriləcək.

Sputnik Azərbaycan-ın məlumatına görə, ilk olaraq Bakı vaxtı ilə saat 18.00-da Rusiya və İspaniya qarşılaşacaqlar. Rusiya millisi A qrupunda ikinci, ispanlar isə B qrupunda ikinci yeri tutublar. Oyun Moskvadakı "Lujniki" stadionunda keçiriləcək. 

Qeyd edək ki, Rusiya 1991-ci ildə müstəqillik əldə etdikdən sonra ilk dəfədir ki, dünya çempionatlarının 1/8 finalıda çıxış edir. İspaniya isə 2010-cu ildə dünya çempionu olub. 

DÇ-2018, Uruqvay-Portuqalliya - Sputnik Azərbaycan
İDMAN
DÇ-2018: Daha bir superulduzun komandası çempionatı tərk etdi

Günün digər qarşılaşmasında Xorvatiya və Danimarka üz-üzə gələcəklər. Avropa təmsilçilərinin görüşü Nijni Novqorodda olacaq. Saat 22.00-da başlayacaq qarşılaşmanın qalib 1/4 finalda Rusiya-İspaniya oyununda qələbə qazananla qüvvəsini sınayacaq. Danimarka C qrupunda ikinci, Xorvatiya isə D qrupunda birinci yeri tutub.

Qeyd edək ki, Xorvatiya millisi dünya çempionatları tarixində ən böyük uğurunu 1998-ci ildə əldə edib. Həmin il xorvatlar dünya üçüncüsü olublar. Danimarkaya gəldikdə isə, bu yığma da dünya çempionatları tarixində ən böyük nailiyyətini 1998-ci ildə əldə edib. Həmin il danimarkalılar 1/4 finaladək gedə biliblər.

Xəbər lenti
0