DÇ-2018, Uruqvay-Portuqalliya

DÇ-2018: Daha bir superulduzun komandası çempionatı tərk etdi

153
Futbol üzrə dünya çempionatında 1/4 finalın ilk cütlüyü məlum oldu

BAKI, 30 iyun — Sputnik. Futbol üzrə XXI dünya çempionatında 1/8 finalın ikinci görüşü keçirilib.

Sputnik Azərbaycan-ın məlumatına görə, bu oyunda Uruqvay və Portuqaliya üz-üzə gəliblər. 

Oyunun birinci hissəsində hesabı uruqvaylılar açıblar. 7-ci dəqiqədə Edinson Kavanı Cənubi Amerikadan olan millini irəli çıxarıb — 1:0. Portuqaliyalıların buraxılan topun əvəzini çıxmaq üzrə bütün cəhdlərinə baxmayaraq ilk yarı elə bu hesabla başa çatıb. 

İkinci yarıya portuqallar daha fəal başlayıblar. 55-ci dəqiqədə Pepe hesabı bərabərləşdirib —1:1. Lakin onların sevinci uzun sürməyib. 62-ci dəqiqədə Kavani yenidən uruqvaylıları irəli çıxarıb — 2:1. Görüş elə bu hesabla qurtarıb.

Beləliklə, 1/4 finalda Fransa və Uruqvay milliləri üz-üzə gələcəklər.

153
Mövzu:
Futbol üzrə dünya çempionatı (90)
Əlaqədar
DÇ-2018: İlk 1/4 finalçı məlum oldu
DÇ-2018: İspaniya bombardirlərinin dueli
DÇ-2018: Bütün 1/8 final iştirakçıları məlumdur
DÇ-2018: Dünya çempionatında inanılmaz vəziyyət yaşandı