Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

DÇ-2018: İlk 1/4 finalçı məlum oldu

© Sputnik / Maksim Bogodvid / Mediabanka keçidDÇ-2018, Argentina-Fransa
DÇ-2018, Argentina-Fransa - Sputnik Azərbaycan
Abunə olmaq
Futbol üzrə dünya çempionatında növbəti Avropa - Cənubi Amerika qarşılaşması olub

BAKI, 30 iyun — Sputnik. Rusiyada keçirilən futbol üzrə dünya çempionatında 1/4 finalın ilk iştirakçısı məlum olub.

Sputnik Azərbaycan-ın məlumatına görə, 1/8 finalın ilk oyunu Fransa və Argentina komandaları arasında keçirilib. Fransızlar 13-cü dəqiqədə penaltidən hesabı açıblar. Qrizmann fərqlənib — 1:0. 41-ci dəqiqədə Anhel Di Mariya gözəl zərbə ilə hesabı bərabərləşdirib — 1:1. Birinci hissə belə başa çatıb.

İkinci hissədə argentinalılar irəli çıxıblar. Qabriel Merkado 48-ci dəqiqədə onları irəli çıxarıb — 2:1. Bunun ardınca isə Fransa Argentinanı qol atəşinə tutub. 57-ci dəqiqədə Pavar, 64 və 68-ci dəqiqələrdə isə Mbappe 3 topu Argentinanın qapısından keçiriblər — 4:2. Artırılmış 3-cü dəqiqədə Aquero toplardanm birinin əvəzini çıxıb — 4:3. Oyun bu hesabla başa çatıb.

Beləliklə, Fransa yığması növbəti mərhələyə vəsiqə qazanıb.

1/4 finalda onları Uruqvay-Portuqaliya oyununun qalibi ilə görüş gözləyir.

Xəbər lenti
0