Шахматы, фото из архива

Azərbaycan şahmatçılarının yeni reytinqləri açıqlandı: Məmmədyarov...

82
(Yenilənib 14:47 30.06.2018)
Azərbaycan şahmatçılarının FİDE-nin yeni reytinq siyahısındakı mövqeləri açıqlanıb

BAKI, 30 iyun — Sputnik. FİDE (Beynəlxalq Şahmat Federasiyası) dünyanın ən güclü şahmatçılarının yeni reytinq siyahısını açıqlayıb.

"Report"un məlumatına görə, ilk "100-lük"də Azərbaycanın yenə 6 zəka ustası yer alıb.

Şəhriyar Məmmədyarov yenə 3-cü pillədə qalsa da, 7 xal itirib. Hazırda onun 2801 xalı var.

Teymur Rəcəbov əvvəlki tək 2751 xalla 17-ci, Rauf Məmmədov 2708 xalla 36-cı pillədə qərarlaşıb.

Arkadi Naydiç ötən siyahı ilə müqayisədə xallarını 2697-dən 2698-ə çatdırsa da, 47-ci pillədə qalıb.

Eltac Səfərli bir xal və bir pillə artırıb. O, hazırda 2667 xalla 76-cıdır.

Nəhayət, Qədir Hüseynovun yenə 2654 xalı olsa da, o, ukraynalı Martin Kravtsov və ABŞ təmsilçisi Varujan Akobyanla birgə 99 — 101-ci pillələri bölüşür.

Qadınların mübarizəsində isə "100-lüy"ə yalnız Günay Məmmədzadə düşüb. O, ötən ayla müqayisədə 5 pillə geriləyib və 16 xal itirib. Hazırda Məmmədzadə 2426 xalla 37-cidir.

Qeyd edək ki, kişilərin siyahısında ilk 2 yeri norveçli Maqnus Karlsen (2842) və ABŞ təmsilçisi Fabiano Karuana (2822), qadınlarda isə çinli İfan Hou (2658) və Ventszyun Tszyuy (2568) tuturlar. 

82
Əlaqədar
Azərbaycan şahmat lövhəsində mühüm yerini qoruya bildi
Bakıda Ümumdünya Şahmat Olimpiadasının təntənəli bağlanış mərasimi keçirilib
Kulisarxası şahmat olimpiadası: şah və vəzir Bakıdadır
Bakıda Ümumdünya Şahmat Olimpiadasının birinci turuna start verildi
"Şahmat" avtobusunda gəzinti və müdrik oyunla tanışlıq