Futbol. DÇ-2018. Lionel Messinin iştirakı ilə epizod

DÇ-2018: İspaniya bombardirlərinin dueli

259
(Yenilənib 04:49 30.06.2018)
Bu gün keçiriləcək görüşlərdə Fransa Argentina, Uruqvay isə Portuqaliya ilə qarşılaşacaq

BAKI, 30 iyun — Sputnik. Rusiyada keçirilən futbol üzrə dünya çempionatında 1/8 final həyəcanı başlayır. Sputnik Azərbaycan xəbər verir ki, bu gün keçiriləcək görüşlərdə Fransa Argentina, Uruqvay isə Portuqaliya ilə qarşılaşacaq.

Bu komandalardan yalnız Portuqaliya heç bir zaman dünya çempionu olmayıb. Uruqvay və Argentina hərəyə 2 dəfə, Fransa isə 1 dəfə dünyanın ən yaxşı komandası adını qazanıb. Uruqvay 1930 və 1950-ci illərdə, Argentina 1978 və 1986-cı illərdə, Fransa isə 1998-ci ildə çempion olub.

Bu gün keçirilən görüşləri həm də İspaniya bombardirlərinin dueli adlandırırlar. Belə ki, İspaniya çempionatında oynayan dörd əsas hücumçu (Lionel Messi Argentina, "Barselona", Antuan Qrizman, Fransa, "Atletiko" Madrid, Kriştianu Ronaldu Portuqaliya, "Real" Madrid, Luis Suares Uruqvay, "Barselona") bu gün üz-üzə gələcək.

1/8 final

Saat 18:00

Fransa — Argentina

Kazan Arena

Hakim Əlirza Fəqani (İran)

Saat 22:00

Uruqvay — Portuqaliya

Soçi "Fişt" Stadium

Hakim Çezar Ramos (Meksika)

259
Teqlər:
1/8 final, Uruqvay, dünya çempionatı, Portuqaliya, Argentina, Fransa, futbol
Mövzu:
Futbol üzrə dünya çempionatı (90)
Əlaqədar
DÇ-2018: Bütün 1/8 final iştirakçıları məlumdur
DÇ-2018: Son oyunlar keçirildi, qrup mərhələsi başa çatdı
DÇ-2018: Dünya çempionatında inanılmaz vəziyyət yaşandı
DÇ-2018: Bu gün son cütlüklər müəyyən olunacaq
DÇ-2018: Serbiya möcüzəyə nail olmadı