DÇ-2018, Belçika yığması İngiltərə ilə oyuna hazırlaşır

DÇ-2018: Bu gün son cütlüklər müəyyən olunacaq

55
(Yenilənib 04:16 28.06.2018)
1/8 finalın son cütlükləri bu gün müəyyən olunacaq

BAKI, 28 iyun — Sputnik. Futbol üzrə XXI dünya çempionatında bu gün qrup mərhələsinin oyunları başa çatacaq.

Sputnik Azərbaycan-ın məlumatına görə, ilk olaraq Bakı vaxtı ilə saat 18.00-da H qrupunun təmsilçiləri meydançaya çıxacaqlar. Volqoqrad şəhərində Yaponiya və Polşa, Samarada isə Seneqal və Kolumbiya üz-üzə gələcəklər. 

Bu qrupda iki turdan sonra Seneqal və Yaponiya hərəyə 4 xal toplayıblar. Kolumbiyanın 3, Polşanın isə 0 xalı var.

Saat 22.00-da G qrupunun görüşləri başlayacaq. Kalininqrad şəhərində baş tutacaq oyunda İngiltərə və Belçika, Saranskdakı görüşdə Tunis və Panama rastlaşacaqlar.

İki turdan sonra İngiltərə və Belçika hərəyə 6 xal toplayaraq 1/8 finala çıxışı təmin ediblər. Tunis və Panama xal toplamayıblar.

55
Əlaqədar
DÇ-2018: Serbiya möcüzəyə nail olmadı
DÇ-2018: Növbəti 4 vəsiqə kimin olacaq?
DÇ-2018: Argentina möcüzəyə nail ola biləcəkmi?
DÇ-2018: Növbəti mərhələnin bileti kimlərə kəsiləcək?