Futbol. DÇ-2018-in oyunlarından biri

DÇ-2018: Növbəti mərhələnin bileti kimlərə kəsiləcək?

149
(Yenilənib 02:11 25.06.2018)
Artıq 1/8 finalda yerlərini təmin edən Rusiya və Uruqvay isə qrup liderliyi uğrunda mübarizə aparacaqlar

BAKI, 25 iyun — Sputnik. Rusiyada keçirilən futbol üzrə dünya çempionatında III turun oyunlarına start verilir. Sputnik Azərbaycan-ın məlumatına görə, bu gün A və B qruplarında oyunlar keçiriləcək.

A qrupunda meydan sahibləri Rusiya yığması Uruqvayla, Misir isə Səudiyyə Ərəbistanı ilə qarşılaşacaq. Ərəb ölkələri arasındakı oyun statistika xarakteri daşıyacaq. Çünki bu komandalar ilk iki turda hər iki oyunda uduzaraq növbəti mərhələyə çıxmaq şansını itiriblər.

Artıq 1/8 finalda yerlərini təmin edən Rusiya və Uruqvay isə qrup liderliyi uğrunda mübarizə aparacaqlar.

Hər iki oyun eyni zamanda — Bakı vaxtı ilə saat 18:00-da başlayacaq.

B qrupunda isə İran Portuqaliya, İspaniya isə Mərakeşlə görüşəcək. Bu qrupda turnir 2 oyundan sonra heç bir xal yığa bilməmiş Mərakeş üçün bitib. Digər 3 komanda növbəti mərhələ şansını saxlayır. Hazırda İspaniya və Portuqaliyanın 4, İranın isə 3 xalı var.

Hər iki oyun Bakı vaxtı ilə saat 22:00-da başlayacaq.

149
Teqlər:
oyun, 1/8 final, III tur, dünya çempionatı, futbol
Mövzu:
Futbol üzrə dünya çempionatı (90)
Əlaqədar
DÇ-2018: Polşa nağılının sonu
DÇ-2018: Liderlər arasında əzmkar bərabərlik
DÇ-2018: İngiltərədən çempionatın ən böyük hesablı qələbəsi
DÇ-2018: Bizi bu gün nə gözləyir?
DÇ-2018: Meksika rəqiblərinə aman vermir
Чаглар Сеюнджю

Söyüncü: Türkiyə oyunçuları pley-off mərhələsinə çıxmaq üçün çüzi şansa ümid edirlər

1
(Yenilənib 20:04 19.06.2021)
Türkiyə millisi qrupda ilk iki yerdən birini tutmaq şansını itirib, lakin yenə də Avropa çümpionatının 1/8 mərhələsində oynamağa ümidi var

 

Türkiyə millisinin futbolçuları, şansları az olmasına rəğmən Avropa çümpionatının pley-off mərhələsinə çıxmağa ümid edirlər. Beə bir açıqlama ilə komandanın müdafiəçisi Çağlar Söyüncü çıxış edib.

Bazar günü türklər qrup mərhələsinin son turunda İsveçrə komandası ilə oynayacaqlar. İki oyundan sonra Türkiyə millisinin xalı yoxdur. Turnirdə mübarizəni davam etdirmək üçün yeganə variant öz qruplarında üçüncü yeri tutmuş dörd komanda siyahısına düşməkdir.

"Belə bir bir vəziyyətə düşdüyümüz və azarkeşləri məyus etdiyimiz üçün çox üzülürük. Lakin qarşıda son oyun var. Əlbəttə, biz 3 xal toplamış komandaların ən yaxşısı olmaq və mübarizəni davam etdirmək istərdik. Amma bizə bu da bəs etməsə belə, heç olmasa turniri yaxşı bitirmək istərdik. Bütün komanda anlayır ki, sabah bizim sonuncu şansımızdır, hətta ehtimal az olsa belə. Hamımız məyusuq, lakin hamımız bu şansı gözləyirik", - deyə Söyüncü mətbuat konfransında deyib.

1
Şenol Günəş, arxiv şəkli

Günəş Türkiyə millisinin AVRO-2020-də uğursuz çıxışına görə üzr istəyib

3
Baş məşqçi bildirib ki, Avropa çempionatının açılış oyununda İtaliya komandasına böyük hesabla məğlubiyyət türk futbolçularına pis təsir edib.

 

Futbol üzrə Türkiyə millisinin baş məşqçisi Şenol Günəş komandasının Avropa çempionatndakı çıxışına görə üzr istəyib.

Bazar günü türklər qrup mərhələsinin son turunda İsveçrə komandası ilə oynayacaqlar. İki oyundan sonra Türkiyə millisinin xalı yoxdur. Turnirdə mübarizəni davam etdirmək üçün yeganə variant öz qruplarında üçüncü yeri tutmuş dörd komanda siyahısına düşməkdir.

"Biz komanda daxilində fəlsəfəni dəyişməli, ona qalib ruhunu aşılamalıyıq. İlk iki oyunda bizdə bu qətiyyən hiss olunmurdu. Mən bizə qarşı deyilən bütün tənqidlərə hörmətlə yanaşıram, oyunçularımız da özlərindən narazıdırlar. Həyatda hər zaman istədiyiniz kimi olmur. Əminəm ki, futbolçularımız bu vəziyyətdən çıxacaq və yeni oyuna hazır olacaqlar. Biz bura yaxşılardan biri olmaq üçün gəldik, lakin bunu edə bilmədik. Sözsüz ki, biz məyusuq və bizə azarkeşlik etmiş hər bir kəsdən üzr istəyirik", – deyə Günəş mətbuat konfransında bildirib.

Xatıqladaq ki, ilk turda Türkiyə millisi İtaliya komandasına (0:3), ikinci turda isə Uels komandasına məğlub olub (0:2).

"Romadakı ilk oyunun pis təəssüratları bizə çox təsir etdi. Biz həm oyunda,həm də nəticədə özümüzə inamı itirdik. Meydanda gördüklərimiz bizi həvəsdən saldı. Uels yığması ilə oyunun birinci hissəsində də eyni şey oldu. Biz iki oyundan sonra belə bir vəziyyətə düşəcəyimizi təsəvvürümüzə də gətirməzdik. Biz Türkiyədə insanların bizə nə qədər etimad etdiyini bilirik, lakin onların gözləntilərini doğrulda bilmədik", - deyə baş məşqçi bildirib.

3