Futbol. DÇ-2018. Yaponiya - Seneqal oyunu

DÇ-2018: Liderlər arasında əzmkar bərabərlik

65
(Yenilənib 21:04 24.06.2018)
Qrupun autsayderləri olan Polşa və Kolumbiya arasında oyun saat 22:00-da başlayacaq

BAKI, 24 iyun — Sputnik. Rusiyada keçirilən futbol üzrə dünya çempionatında H qrupunda II turun ilk oyunu keçirilib. Sputnik Azərbaycan xəbər verir ki, Yaponiya millisi Seneqal yığması ilə qarşılaşıb.

Gərgin oyun 2:2 hesabı ilə başa çatıb. Yaponların heyətində Takasi İnui (34 dəq.) və Keysuke Honda (78 dəq.) fərqləniblər. Seneqal millisində isə Sadio Mane (11 dəq.) və Mussa Vaqe qol vurublar.

Qeyd edək ki, bu komandaların hər biri ilk oyunda qələbə qazanıblar. Qrupun autsayderləri olan Polşa və Kolumbiya arasında oyun saat 22:00-da başlayacaq.

65
Teqlər:
futbol, Yaponiya, Seneqal, dünya çempionatı, H qrupu
Mövzu:
Futbol üzrə dünya çempionatı (90)
Əlaqədar
DÇ-2018: İngiltərədən çempionatın ən böyük hesablı qələbəsi
DÇ-2018: Bizi bu gün nə gözləyir?
DÇ-2018: Meksika rəqiblərinə aman vermir
DÇ-2018: Belçikadan böyük hesablı darmadağın
DÇ-2018: Daha bir favorit biabırçılıqdan son anda qurtuldu

Bakıda məhsuldar gecə: “Neftçi” ilə HİK-in oyunundan parlaq kadrlar

32
“Neftçi” ilə HİK bir də avqustun 12-də, Finlandiyada görüşəcəklər. Bakıdakı oyunun ən maraqlı məqamlarını isə Sputnik Azərbaycan-ın fotoqrafının gözü ilə izləməyi təklif edirik.

Bakının “Neftçi” komandası öz evində qəbul etdiyi Finlandiya çempionu HİK-lə bacarmadı.Avropa Liqasının üçüncü təsnifat mərhələsinin avqustun 3-də Bakının “Bakcell Arena” stadionunda keçirilən oyunu qollu heç-heçə ilə bitdi.

Sputnik Azərbaycan bildirir ki, oyundakı bütün dörd qol matçın ikinci hissəsində vuruldu. Sabir Buqren bakılıları 59-cu dəqiqədə irəli çıxarsa da, iki dəqiqə sonra Riku Riske hesabı 1:1-ə çatdırdı. 65-ci dəqiqədə isə qonaqların oyunçusu Jair komandasının ikinci qolunu vurdu. “Neftçi”nin kapitanı Emin Mahmudovun 80-ci dəqiqədə vurduğu qol isə oyunun son nəticəsini bəlli etdi – 2:2.

Qızmar havaya baxmayaraq, futbolçular meydançada dayanmaq bilmirdilər. Oyunun 18-ci dəqiqəsində isə “Neftçi” məcburən qapıçısını dəyişməli oldu. Zədə alan Aqil Məmmədovu Kamran İbrahimov əvəzlədi. Sonuncu 32-ci dəqiqədə Linqmanın cərimə meydançasından zərbəsini əla hərəkətlə dəf etdi.

“Neftçi” ilə HİK bir də avqustun 12-də, Finlandiyada görüşəcəklər. Bakıdakı oyunun ən maraqlı məqamlarını isə Sputnik Azərbaycan-ın fotoqrafının gözü ilə izləməyi təklif edirik.

32
  • © Sputnik / Murad Orujov

    "Neftçi" və Finlandiyanın HİK (Helsinki) komandaları arasında Avropa Liqasının III təsnifat mərhələsinin ilk oyunu.

'Neftçi', Bakı, futbol, Avropa Liqasının III təsnifat mərhələsi, fotolent
Toni Koskela, arxiv şəkli

Bakılılara Finlandiyada sürpriz vədi

12
Finlandiya çempionunun 38 yaşlı baş məşqçisi bildirib ki, cavab matçında bəzi dəyişikliklər olacaq. O, həmçinin meydançanın örtüyü və hava durumuna da diqqət çəkib.

BAKI, 3 avqust — Sputnik. "Oyun gözlədiyimiz kimi keçdi. "Neftçi" yaxşı komandadır. Yusuf Laval bu gün bizə problem yaratdı. 3 gün əvvəl oyunumuz olduğu üçün hazırlıqla bağlı problemimiz var. Bununla belə, baxımlı görüş oldu".

Sputnik Azərbaycan "Report"a istinadən bildirir ki, bunu Finlandiyanın HİK (Helsinki) klubunun baş məşqçisi Toni Koskela Bakıda "Neftçi" ilə 2:2 hesablı heç-heçə etdikləri UEFA Avropa Liqasının III təsnifat mərhələsinin ilk oyunundan sonra mətbuat konfransında deyib.

38 yaşlı mütəxəssis bildirib ki, cavab matçında bəzi dəyişikliklər olacaq: "Neftçi" bizə qarşı "Olimpiakos" və "Dinamo"ya qarşı oynadığı kimi çıxış etdi. Düşünürəm ki, cavab görüşündə sürpriz ola bilər".

Onun sözlərinə görə, ilk qarşılaşmada qol buraxmaq istəmirdilər: "İlk 25-30 dəqiqədə topla yaxşı rəftar edirdik. Bundan sonra hər iki komandada yorğunluq başladı. Sevindirici haldır ki, iki qol vurduq. İlk hissədə daha yaxşı oynadıq".

Koskela Finlandiya çempionatının davam etməsini özləri üçün üstünlük saymadığını deyib: "Bu, ziyanımıza da işləyə bilər. "Neftçi" hazırlıq dönəmi keçsə də, bizdə bu fürsət olmadı. Çempionatda çıxış edib, 3 gündən sonra avrokubok görüşünə çıxmaq üstünlük ola bilməz".

Baş məşqçi Bakıya yaxşı nəticə üçün gəldiklərini vurğulayıb: "2:2 hesablı heç-heçə yaxşı nəticədir. Evdə süni meydançada oynayacağıq. Bu, bizim üçün üstünlük ola bilər. Nəticəyə görə məyus deyiləm".

Koskela bildirib ki, sərgilənən oyun və buraxılan qollar matçın ümiumi mənzərəsi idi: "Onları fərqləndirməzdim. Bizim üçün əsas problem istilik idi. Hazırda Finlandiyada havanın temperaturu müsbət 16 dərəcədir. Orada oynamaq daha asan olacaq".

Eləcə də oxuyun:

  • Avropa Liqasının oyununda dörd qol: "Neftçi" şansını gələn dəfəyə saxladı

  • Türkiyənin "Fənərbağça" klubu Bakıya gələ bilər

12
Teqlər:
Finlandiya, futbol, UEFA Avropa Liqası, Avropa Liqasının III təsnifat mərhələsi, cavab oyunu, 'Neftçi'
 Yardımlıda meşə yanğını

FHN: "Yardımlıda meşə zolağında yanğının söndürülməsi əməliyyatları davam edir"

0
(Yenilənib 19:29 04.08.2021)
Yanğın mürəkkəb relyefli yüksək dağlıq ərazidə baş verdiyinə görə yanğının söndürülməsində əsasən əl əməyindən istifadə olunur.

BAKI, 4 avqust — Sputnik. Yardımlı rayonunun Honuba kəndi yaxınlığında mürəkkəb relyefli dağlıq ərazidəki meşə zolağında baş vermiş yanğının söndürülməsi istiqamətində tədbirlər fasiləsiz olaraq davam etdirilir.

Bu barədə Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.

Bildirilib ki, ilkin hesablamaya əsasən, təqribən 30 hektar ərazi yanıb. Hazırda aktiv yanğın ocaqları, təqribən 1 hektar ərazini əhatə edir. Yanğının geniş əraziyə yayılmasının qarşısının alınması və söndürülməsi məqsədilə Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidməti, Mülki Müdafiə Qoşunları, Xüsusi Riskli Xilasetmə Xidməti və Cənub Regional Mərkəzinin müvafiq qüvvələri, Aviasiya dəstəsinin 1 ədəd helikopteri, həmçinin Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşə Təsərrüfatı Mərkəzinin və Regional Ekologiya İdarəsinin əməkdaşları və yerli sakinlər yanğınsöndürmə işlərinə cəlb olunub.

Yanğın mürəkkəb relyefli yüksək dağlıq ərazidə baş verdiyindən yanğının söndürülməsində əsasən əl əməyindən istifadə olunur.

Fövqəladə Hallar Nazirliyi bir daha əhaliyə müraciət edərək qarşıdakı günlərdə havanın temperaturunun daha da yüksəlməsi fonunda yanğın təhlükəsizliyi qaydalarına ciddi əməl etməyə çağırır.

Həmçinin oxuyun:

Lənkəranın dağlıq ərazisində baş verən meşə yanğınları söndürülüb

Firuddin Əliyev: “Yanğınların 90 faizi antropogen təsirlər nəticəsində yaranır”

0