Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

DÇ-2018: Daha bir favorit biabırçılıqdan son anda qurtuldu

© Sputnik / Евгения Новоженина / Mediabanka keçidDÇ-2018, Braziliya - Kosta-Rika, Brayan Ovyedo (Kosta-Rika) Paulinyoya (Braziliya) qarşı
DÇ-2018, Braziliya - Kosta-Rika, Brayan Ovyedo (Kosta-Rika) Paulinyoya (Braziliya) qarşı - Sputnik Azərbaycan
Abunə olmaq
Braziliya artırılmış dəqiqələrdə vurulan toplarla qrup liderliyinə yüksəlib

BAKI, 22 iyun — Sputnik. Rusiyada keçirilən futbol üzrə dünya çempionatında E qrupunda ikinci turun ilk görüşü keçirilib.

Sputnik Azərbaycan-ın məlumatına görə, Sankt-Peterburqda Braziliya və Kosta-Rika yığmaları üz-üzə gəliblər. Birinci turdan sonra Braziliyanın 1, Kosta-Rikanın isə 0 xalı var idi.

Görüşün birinci hissəsi braziliyalıların üstünlüyü ilə keçsə də hesab açılmayıb.

İkinci hissə braziliyalıların böyük üstünlüyü ilə keçib. Lakin Kosta-Rikanın qapıçısı Navas əsas vaxtda onların bütün hücumlarının qarşısını alıb. Lakin artırılmış ikinci dəqiqədə Koutinyo topu Kosta-Rikanın qapısından keçirə bilib — 1:0. Artırılmış 8-ci dəqiqədə isə Neymar hesab arasındakı fərqi artırıb — 2:0. Oyun bu hesabla başa çatıb.

Bu qrupdakı turun digər görüşündə Serbiya və İsveçrə milliləri qarşılaşacaqlar.

Xəbər lenti
0