Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

DÇ-2018: Çempionatı tərk edən dördüncü yığma məlum oldu

© Sputnik / Владимир Астапкович / Mediabanka keçidDÇ-2018, Fransa-Peru görüşü, peruluların baş məşqçisi Rikardo Qareka
DÇ-2018, Fransa-Peru görüşü, peruluların baş məşqçisi Rikardo Qareka - Sputnik Azərbaycan
Abunə olmaq
Peru yığması iki məğlubiyyətdən sonra növbəti mərhələyə çıxmaq şansını itirib

BAKI, 21 iyun — Sputnik. Rusiyada keçirilən futbol üzrə XXI dünya çempionatında C qrupunda ikinci tura yekun vurulub.

Sputnik Azərbaycan-ın məlumatına görə, Yekaterinburq şəhərində keçirilən görüşdə Fransa və Peru qarşılaşıblar. Cənubi Amerikadan olan yığma ilk turdakı kimi bu oyuna da fəal başlayıb. Lakin perulular yaranmış fürsətləri yenə qola çevirə bilməyiblər. 34-cü dəqiqədə isə Jirunun ötürməsindən sonra Mbappe fransızları irəli çıxarıb — 1:0. Birinci hissə bu hesabla qurtarıb. 

DÇ-2018, Danimarka-Avstraliya, Yusuf Poulsen və Əziz Behiç - Sputnik Azərbaycan
İDMAN
DÇ-2018: Danimarka növbəti mərhələnin bir addımlığında

İkinci hissədə də daha çox hücum edən tərəf Peru olub. Lakin onlar böyük üstünlüklərindən istifadə edə bilməyiblər və Fransa çempionatda ikinci qələbəsini qazanıb — 1:0. 

Beləliklə, iki turdan sonra C qrupunda Fransa 6 xalla liderdir. Danimarka 4 xalla ikinci, Avstraliya isə 1 xalla üçüncü yerdədir. Sonuncu yerdə 0 xalla Peru qərarlaşıb. Fransa yığması üçüncü turdan asılı olmayaraq növbəti mərhələyə adlayıb. Peru isə çempionatı tərk etməli olacaq. 

Bu qrupda keçirilmiş ikinci turun digər görüşündə Danimarka və Avstraliya heç-heçə oynayıblar — 1:1.

Xəbər lenti
0