Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

DÇ-2018: Uruqvay növbəti mərhələyə keçdi

© Sputnik / Aleksey Malgavko / Mediabanka keçidФутбол. ЧМ-2018. Матч Уругвай - Саудовская Аравия
Футбол. ЧМ-2018. Матч Уругвай - Саудовская Аравия - Sputnik Azərbaycan
Abunə olmaq
Mərakeş və Səudiyyə Ərəbistanının isə sonuncu turun nəticəsindən asılı olmayaraq çempionatı tərk edəcəkləri dəqiqləşib

BAKI, 20 iyun — Sputnik. Rusiyada keçirilən futbol üzrə dünya çempionatında daha bir 1/8 finalçı müəyyənləşib. Sputnik Azərbaycan xəbər verir ki, A qrupunda keçən oyunda Səudiyyə Ərəbistanına qalib gələn Uruqvay millisi növbəti mərhələyə keçib.

Oyun Uruqvay millisinin böyük üstünlüyü şəraitində keçsə də, qapılara cəmi 1 qol vurulub. Bu qolun müəllifi Uruqvay millisinin aparıcı oyunçusu Luis Suares olub. Suares həm də Uruqvay tarixində 3 dünya çempionatında qol vuran ilk futbolçu kimi tarixə düşüb.

Bu qələbə uruqvaylılara Rusiya millisi kimi növbəti mərhələyə keçmək imkanı yaradıb. Çünki hər iki komanda ilk oyunda da qalib gələrək, 6 xal toplayıb. Mərakeş və Səudiyyə Ərəbistanının isə sonuncu turun nəticəsindən asılı olmayaraq çempionatı tərk edəcəkləri dəqiqləşib.

Xəbər lenti
0